” Ümumdünya Mikroblar Əleyhinə Mübarizə Həftəsin”

29 noyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ” Ümumdünya Mikroblar Əleyhinə Mübarizə Həftəsin” çərçivəsində tədbir keçirildi.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir kı,2015-ci ildən bəri hər il keçirilən Ümumdünya Mikroblar Əleyhinə Mübarizə Həftəsinin əsas məqsədi antibiotiklərdən düzgün və ehtiyatlı istifadəsini aşılamaq və bu sahədə çalışan mütəxəssisləri maarifləndirməkdir. Antibiotik maddələr insanlarda, heyvanlarda və bitkilərdə xəstəliklərin müalicəsi üçün vacib vasitə olan antibiotik, antiviral, antifungal və antiprotozoal maddələri özündə əks etdirir.Mikrobların müqavimətinin artması qlobal bir böhrandır. Gözləmək üçün vaxt yoxdur. Mikrob əleyhinə dərmanların təsirini saxlamaq üçün hər kəsin rolu var. Bu üçlü bəyanat, üzv dövlətlərin mikroblara qarşı mübarizə tədbirlərini gücləndirməyə, qlobal problemi geniş şəkildə tanıtmağa və insanları antibiotik maddələrin istifadəsi ilə bağlı vərdişlərini dəyişdirməyə çağırır. Məsələ ondadır ki, həkimlər və baytarlar həmin preparatları xüsusi ehtiyac olmadan tez-tez təyin edirlər. Habelə onlar fermerlər və aqronomlar tərəfindən həddindən artıq istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, antibiotiklərin təxminən 50 faizi təyinatı üzrə istifadə edilmir. Məsələn, antibiotiklərin yalnız bakterial infeksiyaların müalicəsinə kömək etməsinə baxmayaraq, onları çox vaxt virus infeksiyalarının müalicəsi üçün təyin edirlər.

Sonra kollecin həkim müəllimi Quliyeva Sahibə “Uşaq orqanizmində  Anti- biotiklərə həssaslıq”, əczaçı həkim Məmmədova Səidəxanım “Antibitiklərin inkişaf tarixi və yeni nəsl antibiotiklər” mövzusunda çıxışlar etdilər.

Bizi sosial şəbəkələrdə izləyin