19 yanvar 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecinində “ 20 Yanvar faciəsi”nin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
Daha sonra kollecin tarix müəllimi Aynur Sevdimalıyeva “ 20 Yanvar faciəsi”nə həsr etdiyi çıxışını səsləndirmişdir.
Kollecdə “ 20 Yanvar faciəsi”nin ildönümünə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.