1 may 2024-cü il tarixdə Naxçıvan Azərbaycan Respublikasının 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Naxçıvan Tibb Kollecində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki,son illər planetimizdə baş verən təbii fəlakətlər, qlobal istiləşmə, daşqınlar, torpaq sürüşmələri və digər kataklizmlər hamını narahat etməkdədir.Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Hazırda bu mühüm məsələ ilə bağlı respublikamızda ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi mövcud problemlərin həllində mühüm stimuldur. Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində yer verməliyik.
Sonra kollecin tələbələri Haqverdiyeva Dərya, Əsədli Finarə, Həsənova Zəhra, İsmayılova Gülsüm “Yaşıl gələcək bizdən sonrakı nəsillərə verəcəyimiz ən dəyərli mirasdır” adlı çıxışlarını səsləndirmişdilər.