”Naxçıvan ədəbi mühitindən Hüseyn Cavid”

17 may 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublukasının 100 illik yubileyinə həsr olunmuş ”Naxçıvan ədəbi mühitindən Hüseyn Cavid” mövzusunda tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq  Naxçıvan Muxtar Respublukasının 100 illik yubileyinin geniş şəkildə keçirilməsinin önəmindən , muxtar respublikanın tarixindən danışmışdır.Sona kollecin kitabxana müdiri Leyla Əliyeva “Hüseyin Cavid yaradıcılığının gənc nəsilə tövhəsi ” mövzusunda çıxış etmişdir.Daha sonra kollecin tələbələri Rəhimov Fərid, Haqverdiyeva Dərya, Mənsumov Rüfət, Bədəlov Hüseyin,Həsənova Zəhra, Əsədli Finarə,Quliyev Emin, Hüseynova Xəyalə dramaturqun yaradıcılığından danışmış “İblis” əsərindən və “Azər” poemasından parçalar səsləndirmişdirlər

Bizi sosial şəbəkələrdə izləyin