13 Noyabr 2018- ci tarixdə Naxçıvan Tibb Kollecində həmin kollecin müəllimləri Ülkər Mahmudova və Zəminə İsmayılovanın farmakologiya fənni üzrə birgə hazırladıqları “ Farmakologiya” kitabının təqdimatı keçirildi. Təqdimatda kollecin müəllim – tələbə heyəti iştirak etdi.
Təqdimatda kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirdi ki, farmakologiya fənni üzrə hazırlanan bu dərslik tələbələrin bir mənbədən həm nəzəri, həm də pratik bilikləri əldə etməsini xeyli asanlaşdıracaqdır.
Bu uğurlu addım üçün Sona Məmmədova Ülkər Mahmudova və Zəminə İsmayılovaya öz təşəkkürünü bildirdi.
Təqdimatda Ülkər Mahmudova diqqətə çatdırmışdır ki, Farmakologia reseptura ilə birlikdə dərsliyi farmakologiya fənninin tədrsi üçün tibb məktəbləri üzrə tədris proqramına uyğun olaraq yazılmışdır. Dərsliyin giriş hissəsində farmakologiya fənninin qarşısında duran vəzifələr, farmakologiyanın qısa tarixi haqqında məlumat verilir. Dərman madələrinin orqanizmə yeridilmə yolları, dozaları və təsir xüsusiyyətləri haqqında verilən lakonik məlumatlar tibb işçiləri üçün əhəmiyyətlidir. Dərsliyin əsas əhəmiyyət kəsb edən hissələrindən biri reseptura bölməsidir. Bu bölmədə ayrı-ayrı dərman formalarının əsas xüsusiyyətləri və onlara aid reseptlərin yazılma qaydası ətraflı izah olunur ki, bu da gələcək orta tibb işçilərinin praktik fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Dərsliyin xüsusi hissəsində tibb təcrübəsində geniş istifadə olunan dərman preparatları haqqında məlumat farmakoloji təsnifata uyğun olaraq verilir. Dərslikdə hal-hazırda tibb təcrübəsində geniş istifadə olunan öskürək kəsici, bəlğəm gətirici bronxolotik, sedativ və analgetik preparatların istifadəsi, təsir xüsusiyyələri, həmçinin də onlara aid əks-göstəişlər şərh edilir. Qeyd etmək lazımdır ki, dərman maddələrinin əsasən beynəlxalq patentsiz adları, tibb təcrübəsində istifadə olunan əks sinonim preparatlarla qeyd olunur ki, bu da mühüm praktiki əhəmiyyət kəsb edir.
Farmakologiya reseptura ilə birlikdə kitabının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 01 may 2018-ci il tarixli 07k nömrəli Qərarı ilə dərs vəsiti kimi çap edilməsinə icazə verilmişdir.
Kitaba, Azərbaycan Tibb Universiteti Elmi Tədqiqat Mərkəzinin Farmakologiya Şöbəsinin müdiri biologiya elmləri doktoru Professor Ramiz Axundov və Azərbaycan Tibb Universiteti Əczaçılıq kimyası kafedrasının müdiri Professor Tahir Süleymanov rəy vermiş və dərs vəsaiti kimi çap edilməsini tövsiyyə etmişlər.
Kitabın hazırlanması üzrə baş məsləhətçi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Tariyel Talıbovdur.
Təqdimatda daha sonra Zəminə İsmayılova çıxış edərək bildirmişdir ki, dərmanşünaslığın sərbəst və geniş sahələrindən biri olan farmakologiya inkişafda olan elmdir. Yeni dərman maddələrinin alınması və tətbiq edilməsi baxımından daha yüksək templə inkişaf edir. Tibb kollecinin tələbələri üçün nəzərdə tutulmuş Farmakologiyaya aid dərslik uzun illər dərs vəsaitinin olmaması zərurətindən yaranmışdır. İndiyədək kollecdə Farmakologiya fənninin tədrisi üçün Ali təhsil müəssisələrinin və Bakı Baza 2 saylı Tibb kollecinin dərs vəsaitlərindən istifadə edilirdi. Ali məktəblər üçün tədris olunan vəsaitlər kollec tələbələri üçün daha ətraflı olduğundan, Baza Tibb kollecinin vəsaitlərində isə göstərilən dərman maddələrinin bəzilərinin istifadədən çıxarıldığı, bəzilərinin yeni adda və formada buraxıldığını nəzərə alaraq, məhz tibb kollecinə uyğun və müasir tələblərə cavab verən dərslik vəsaitinin yazılmasına ehtiyac duyulmuşdur. Vəsaitdə təqdim olunan materiallar məzmun və quruluşuna görə ixtisas tibbi kadrları hazırlayan kollecin tədris proqramına uyğun hazırlanmışdır. Mövzuların sadəliyi, aydınlığı, məzmunu, dərs vəsaitlərinə aid şəkillərin olması vəsaitin əhəmiyyətini daha da artırır.
Dərslik giriş hissədən və 2 bölmədən ibarətdir. 200 səhifədən tərtib olunmuş kitabda qısaldılmış sözlər var. Bunlar kitabın əvvəlində açıq şəkildə göstərilmişdir. Kitabda 1000-ə qədər dərman adları qeyd olunmuşdur. Müasir dərman formalarının istifadə qaydaları sadə şəkildə göstərilmişdir.
Ümumi farmakolgiya bəhsində dərman maddələri haqqında anlayış, onların alınma mənbələri, dərman xammalı, orqanizmə yeridilmə yolları, reseptlərin yazılma qaydası və reseptlərə daxil olan dərmanların dozalarının hesablanma qaydası haqqında məlumat verilmişdir.
Xüsusi farmakologiya bəhsində dərman maddələri farmakoloji təsir xüsusiyyətlərinə görə müxtəlif qruplara bölünmüşdür. Onların canlı orqanizmə göstərdiyi təsirlərin mexanizmindən və xüsusiyyətlərindən bəhs edilir.
Qeyd olunmuşdur ki, dərsliyin hazırlanmasında qarşıya qoyulan əsas vəzifə, farmakoloji biliklərin tələbələrə daha asan yolla çatdırılması, müasir dərman maddələrinin farmokokinetikası, farmokodinamikası haqqında biliklərin düzgün formalaşmasına nail olmaqdır.