H.Əliyev tibbi sığorta haqqında qanunun banisi

    11 may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ Heydər Əliyev – tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçrilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq Ümummili Lider Heydər Əliyevin səhiyyə sistemində gördüyü işlərdən və misilsiz xismətlərindən danışmışdır.

      Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinin Direktoru Elnur İbrahimov Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində görülmüş işlərdən danışmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinin baş məsləhətçisi Nazənin Rüstəmli İcbari Tibbi Sığorta haqqında geniş məlumat verərək tələbələrin suallarını cavablandırmışdır.

Kollecimizdə 100 illik yubiley konfransı

      11 may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sərəncamına əsasən Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədarkonfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə  kollecin direktoru Sona Məmmədova açaraq Ümummili Lider Heydər Əliyevin təhsildə olan misilsiz xidmətlərindən danışmış, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə qaldıran Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsindən bəhs etmişdir.

     Daha sonra kollecin tarix müəllimi Sevdimalıyeva Aynur müəllim Ümummili Lider Heydər Əliyevin həyatından və dünya şöhrətli bir siyasi xadim olmağından bəhz edən “Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummili Lider, dünya üçün ümumbəşəri dəyərdir”adlı çıxışıyla çıxış etmişdir.Kollecin tələbələri Ümummili Lider Heydər Əliyevdə bəhs edən şerlər səsləndirmiş, Ümummili Lider Heydər Əliyevdən bəhs edən videoçarx izlənilmişdir.

100 İlliyə həsr olunmuş "İLK YARDIM"

8 mayl 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının    Ümummili Lideri Heydər Əliyevin 100 illik yubileyinə  həsr olunmuş “Ilk Yardım” tədbiri keçrilmişdir. . Tədbiri giriş sözü ilə  kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, vaxtinda və düzgün göstərilən ilk yardım həyat qurtarır.

Daha sonra kollecin müxtəlif ixtisasdan olan tələbələri komandalar şəklində bədbəxt hadisələr və fövqəladə hallar zamanı zərərçəkmişə düzgün ilkin yardımın göstərilmə qaydasını nümaiş etdirmişlər.Hərbi feldşer ixtisasında təhsil alan tələbələr  isə  döyüş  şəraitində yaralılara ilkin yardım və yaralı təxliyyəsi  haqqında izahlə göstərilər nümaiş etmişdilər.

H. Əliyevin 100 illik yubileyi əlaqədar muzey ziyarəti

   

5 may 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecinin kollektivi Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ümummili Lider Hedər Əliyevin büstünü ziyarət edib, sonra Heydər Əliyev muzeyini ziyarət etmişlər.

H. Əliyevin 100 illik yubileyi ilə əlaqədar kitab müzakirəsi

26 aprel 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar kitab müzakirəsi keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin kitabxana müdiri Leyla Əliyeva açaraq bildirmişdir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizamı Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir.Sözə böyük qiymət verən onu gövhərdən də ucalarda görən Nizami Gəncəvi sözün şəninə elə müdrik ifadələr işlədir, elə təsirli libaslar biçir ki,oxuduqca bəhrələnir,öyrənirik. 

Daha sonra kollecin tələbələri Həsənova Zəhra, Qurbanlı Türkay, Qurbanov Ramiz, Hüseynova Elvira, Zamanova Könül, Mərdanlı Günel, Yusifli Sərfinaz, Novruzova Brlyant, Nurəliyeva Sevgi, Novruzova Gültac dahi şairin həyat və yaradıcılığından ona şöhrət gətirən xəmsəyə daxil olan poemalardan danışmış, hikmətli sözlər  və  poemalardan parçalar səsləndirmişlər.

 

H. Əliyevin 100 illik yubileyi ilə əlaqədar şer müsabiqəsi

    17 aprel 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sərəncamına əsasən Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar şer müsabiqəsi keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin kitabxana müdiri Leyla Əliyeva açaraq bildirmişdir ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var.Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolunu oynamışdır.Azərbayzan xalqının Ümummili Lideri  Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,qeyri-adi zəka fitri istedad sahibi müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədiyaşar olmuşdur.Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti onun zəngin və çoxşaxəli iris isə xalqımızın milli sərvətidir.Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərmaycanlının şərəfli vəzifəsidir.

Daha sonra kollecin tələbələri Həsənova Zəhra, Qurbanlı Türkay, Tağıyeva Aytac, İsmayılova Nurtac, Yusifova Suqra, Qurbanov Ramiz Ümummili Lider Heydər Əliyevin keçdiyi həyat yolundan danışmış, Ulu Öndər və azad Azərbaycan mövzusunda şerlər səsləndirmişlər.

 

H.Əliyev 100 illik yubuleyi açıq dərs

     26 aprel 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sərəncamına əsasən Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar açıq dərslər keçirilir  dərsimizdə kollecin tarix müəllimi Sevdimalıyeva Aynur müəllimÜmummili Lider Heydər Əliyev irsinindən danışaraq bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Zərifə Əliyeva 100 illik yubiley tədbiri

28 aprel 2023-cü il tarixindəNaxçıvanTibbKollecində Zərifə ƏzizqızıƏliyevanın 100 illiyinəhəsrolunmuştədbirkeçirilmişdir.Tədbirdəkollecindirektoru Sona Məmmədova çıxış edərək bildirmişdir. Bu il Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illiyi tamamolmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illikyubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsit apşırılıb.  Zərifə  xanımın  bütün  mənalı    ibrətamiz  həyatı    fəaliyyəti  çoxşaxəliliyi  ilə  fərqlənmiş, başqaları  üçün  gözəl  nümunə  olmuşdur. Bu gün  anadan  olmasının  100 illiyi  ərəfəsində  loğman-həkimin  şərəfli  adı, bu  bənzərsizinsanınişıqlı  obrazı  cilalanmış  almaz  kimi  göz  önündə  canlanır.  

Bu  məqamda  onun  sədaqətli    sevimli  ömür-gün  yoldaşı, Azərbaycan  xalqının  böyük  oğlu, ümummilli  liderimiz    ulu  öndərimiz  Heydər  Əliyevin  onun  haqqında  sidqi-ürəkdən  dediyi  hikmətli  sözlər  necə    qürurla  səslənir: «Zərifə  xanımın  tibb  elmi  sahəsində  xidmətlərindən  biri    göz  müalicəsi, tədqiqatı  idi. Mənə  belə  gəlir  ki, onun  iki  dəyərli  irsi  vardır. Birincisi, Azərbaycanda  ilk  dəfə  deontologiyanı  bir  elm  kimi  meydana  gətirib. İkincisi, Zərifə  xanım  çalışıb  ki, bizim  gələcək  nəsilləri  irsi  xəstəlikdən   xilas  etsin, sağlamlaşdırsın». 

Gözəl ana, vəfalıömür-günyoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elmin əəvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim - Zərifə xanım Əliyeva. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətlərini bəxşetdiyi böyük insanın obrazı canlanır,  gözlərimiz önündə onun portreti yaranır. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, Onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitriist edada malik novator alim, pak  nadir   , keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Daha sonra kollecin müəllimləri Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından danışılmış və video çarx izlənmişdir.

17 aprel Hemofiliya Günü 2023

17 aprel  2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində “17 aprel Hemofiliya Günü” ilə əlaqədar olaraq tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, adətən xəstəlikdən kişilərr əziyyət çəkirlər,qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulmurlar. Lakin onlar xəstə oğlan uşaqları və ya daşıyıcı qız uşaqları dünyaya gətirə bilərlər. Hemofiliya X xromosomda bir genin dəyişilməsi nəticəsində yaranır. Bu genin dəyişilməsi-mutasiyası qanın laxtalanmasını təmin edən VIII və IX faktorların qanda  əskik olmasına səbəb olur. Bu iki zülalın qanda olmaması, miqdarının azalması ya da funksiyasının pozulması vəziyyətində qan laxtalanmır və qanaxmaya səbəb olur. Hemofiliya xəstələrinə əzələdaxili, dərialtı və dəriiçi iynələrin vurulması qadağandır. Operativ müdaxilələr isə xəstələrə  antihemofil preparatlar vurulduqdan sonra aparıla bilər.

H.Əliyev dərsi

     Dərsimizdə kollecin tarix müəllimi Sevdimalıyeva Aynur müəllim  Ümummili Lider Heydər Əliyev irsinindən danışaraq bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Bizi sosial şəbəkələrdə izləyin