Mütaliyə Günü tədbiri

“Mütaliyə Günü” ilə əlaqədar 08 aprel 2022-ci il tarixində Naxçıvan Tibb Kollecində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları “Kitab bəşər mədəniyyətinin ən böyük kəşfidir” mövzusunda tədbir keçirmişlər.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq buildirmişdir. Yaradıcı fəaliyyət göstərən, elmiı, mütaliyəyə üstünlük verən insanların sayı çox olduqca, cəmiyyət daha da inkişaf etmiş olur və bu da cəmiyyətin maariflənməsinə, müasirləşməsinə, inkişafına birbaşa təsir edir.Hər bir insan mütaliyə etdikcə qazandığı biliklərdən lazımi vaxtda, tələb olunan yerdə cəmiyyətə faydalı olmaqda istifadə edərsə, zaman keçdikcə müasir cəmiyyətin formalaşmasının şahidi olar,öyrəndiklərindən mənəvi qazanc götürərək cəmiyyətin fərqli fərdinə çevrilər.Hərtərəfli inkişaf kitablarla davamlı ünsiyyət, mütaliyənin daha çox insanı əhatə etməsi ilə mümkündür.

Sonra  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova mütaliliyənin önəm və əhəmiyyətindən bəhs etmiş. Gənclər arasında bu cur tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.Daha sonra kitabxana əməkdaşları Aytən Məmmədova “Kitab ən yaxın dostumuzdur” və Xurşud Budaqova isə “Kitab nəsildən-nəsilə ötürülən əmanətdir” mövzusunda  çıxışlar etmişlər.

Talasemiya 2022

Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, hər il aprelin 17-si Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir. Bu xəstəliyə başqalarından yoluxma mümkün deyil. Hemofiliyalı xəstələrin qanında laxtalanma faktoru çatışmadığından onlarda qanaxma sağlam insanlara nisbətən daha uzun müddət davam edir. Hemofiliyaya bəzən ailələrində bu xəstəlik olmayan insanlarda da rast gəlinir. Bu zaman xəstəliyə insanın öz genlərindəki dəyişikliklər səbəb olur. Hemofiliya ilə yalnız kişilər xəstələnir, genin ötürücüləri isə qüsurlu genin daşıyıcısı qadınlar olur.

Qeyd edək ki, Ümumdünya Hemofiliya günü Ümumdünya Səhiyyə Təşkilatının və Ümumdünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə təsis olunub. Bu günün qeyd olunmasında məqsəd hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır.Hemofiliya gününün tarixi də təsadüfən seçilməyib. Belə ki, Ümumdünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelə hörmət əlaməti olaraq, onun ad günü – aprelin 17-si Ümumdünya Hemofiliya günü kimi qeyd edilir.

Bir sözlə, Azərbaycanda və Muxtar Respublikada  hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunmuşlar. Problemə dövlət səviyyəsində həssas münasibət və xüsusi diqqət vardır. Qətiyyətlə söyləmək olar ki, bu sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanmışdır.

Sonra Sona həkim slaytlarla çıxış edərək xəstəlik haqqıda geniş məlumat vermişdir.

Planetimiz, sağlamlığımız

    Tədbirdə kollecin direktoru Sona Məmmədova giriş sözü ilə çıxış edərək bildirmişdir ki, Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığın qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir. 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Həmin gün ictimaiyyətin diqqəti Dünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", " Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s. olub. Qeyd edək ki, 2014- cü ildə həmin gün “Kiçik sancma böyük təhlükə mənbəyidir”, 2015-ci ildə ”Qida məhsullarının təhlükəsizliyi”, 2016-cı ildə “Diabetə qalib gələk”, “Depressiya: gəlin danışaq” şüarları altında keçirilib.   Bu ilki Sağlamlıq Günü  2022-ci il aprelin 7-də Ümumdünya Sağlamlıq Günü ÜST-nin təşəbbüsü ilə “Planetimiz, sağlamlığımız” devizi altında keçirilir. Ümumdünya Sağlamlıq Günü muxtar respublikamızda da qeyd olunur. Muxtar Respublikanın fəxr etdiyi sosial sahələrdən biri də onun qabaqcıl səhiyyəsidir. Muxtar respublika əhalisinə xəstəxanalar, mərkəzlər, dispanserlər, poliklinikalar, ambulatoriyalar, feldşer-mama məntəqələri tərəfindən vaxtında və ixtisaslaşmış tibbi xidmət göstərilir. Bu gün muxtar respublika səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki,  səhiyyə sistemindəki köklü dəyişikliklər göz önündədir. Muxtar respublikanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə müasir tibb müəssisələri tikilib istifadəyə verilir, köhnə tibb ocaqları yenidən bərpa olunur, onların maddi-texniki bazası yenilənir, səhiyyə sistemi dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunur. İxtisaslı kadrların hazırlanması, əhali arasında yoluxucu xəstəliklərin profilaktikası, ana və uşaqların, ahıl vətəndaşların mühafizəsi prioritet məsələyə çevrilmişdir.

            Sonra kollecin müəllimi Səfərova Nigar sağlamlıq gününün mahiyyət və önəmi haqqında geniş məlumat vermişdir.

31 Mart Soyqırımı Günü

Tədbiri ilk öncə kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir. Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan  çar Rusiyası ermənilərdən  vasitə kimi istifadə edir və  Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirir. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli  3587 nömrəli Sərəncam imzalanmışdır. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır. Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Daha sonra kollecin tələbələri Qurbanova Türkay, Tağıyeva Aytac, Rzayev Bəşir hazırladıqları “Azərbaycanlıların soyqırımı həqiqətləri” adlı çıxışlarını səsləndirdilər.

 

 

 

24 mart Vərəm Günü

 

Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək bildirmişdir ki, cəmiyyətdə vərəm xəstəliyinə və vərəmlə xəstələnənlərə münasibətin pis olması, insanlarda bu xəstəlik və onun müalicə edilərək tam sağala bilməsi haqqında yetərli məlumatın olmaması səbəbindən bəzən vərəmin diaqnostikası çox gecikir, ya da xəstələr qeydiyyata düşməkdən və müalicədən yayınır. Ancaq bilmək lazımdır ki, vərəmlə hər bir kəs ömrünün istənilən dövründə xəstələnə bilər. Əbəs yerə deyilməyibdir ki, vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir. Döğrudur vərəmlə xəstələnməyə görə risk qruplarından olan, yəni, şəkərli diabet olan, hormonal preparatlar qəbul edənlər, qidalanması, yaşayış şəraiti yaxşı olmayanlar və s. şəxslər bu xəstəliyə daha çox tutulur. Ona görə də bu qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə də ildə 1-2 dəfə bu xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər. Amma hər kəs vərəmlə xəstələnə bilər. Vərəmlə xəstələnməmək üçün normal qidalanmaq, düzgün gün rejiminə əməl etmək, idmanla məşğul olmaq, immuniteti zəiflədən faktorlardan və zərərli vərdişlərdən uzaq olmaq lazımdır.

          Daha sonra kollecin müəllimi Abdullayeva Dezdemona vərəm xəstəliyinin etiologiyası, klinikası, profilaktikası və mantu sınağının qoyulma qaydası haqqında məlumat vermişdir.

Nağdsız ödənişlərin üstünlükləri

Tədbirdə Naxçıvan Tibb Kollecinin mühasibi Tahir Əliyev çıxış edərək bildirmişdir ki,

Nağdsız ödənişlər nağd pul nişanlarından istifadə etmədən,pul vəsaitlərini bir bang hesabından digər bang hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır. Nağdsız hesablaşmaların ödəniş kartları,bang köçürmələri,çerklər və.s kimi müxtəlif növləri mövcuddur. Ödəniş kartları ödəniş kartı malların işlərin xidmətlərin dəyərinin ödənilməsi və nağd pulların əldə olunması üçün ödəniş alətidir.Respublikamızda 4,5 milyona yaxın ödəniş kartı istifadə olunur

Elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, Dövlət-vətəndaş münasibətlərinin müasir əsaslar üzərində qurulması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması kimi məsələlər ölkəmizdə aktuallıq kəsb etməkdədir. Muxtar respublikada da rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın da əsas məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər muxtar respublikada nağd dövriyyənin həcminin minimuma endirilməsi və nağdsız ödəniş mühitinin genişləndirilməsi üçün yeni imkanlar yaradır Nağdsız ödənişlərin həcminin artırılması ölkəmizdə azad ticarətin inkişafına, daha ədələtli bir biznes mühitinin yaranmasına, saxta pulların aradan qaldırılmasına, xəzinə gəlirlərinin artmasına, vergi toplanması sisteminin təkmilləşdirilməsinə, eyni zamanda bu sahədə ola biləcək korrupsiya hallarının minimuma endirilməsinə töhfə verər.

Tədbirin sonunda slaytlarla tələbələrə təhsil haqlarının və kredit borclarının hökümət ödəniş portal vasitəsilə ödənilməsi  qaydaları izah olunmuşdur.

İlk yardım

28 fevral 2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə  Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta ixtisas təhsil müəsisələrinin tələbələri  Naxçıvan Dövlət Texniki Kollecində  ilk yardım tədbiri keçirmişdirlər.

 

 

 

 

Multikulturalizm

18 fevral 2022-ci il tarixində Naxçıvan Tibb Kollecində  “Multikulturalizm Azərbaycanda” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

Sonra kollecin kitabxana müdiri  Leyla Əliyeva  “Multikulturalizmin elmi-nəzəri əsasları “ mövzusunda çıxış edərək bildirmişdir  ki, Azərbaycan artıq bu gün sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti də ölkəmizdə tolerantlığın daha güclü dayaqlara söykənməsinə xidmət edir. Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Ölkəmizdə multikulturalizm nəinki siyasi xətt olaraq, eyni zamanda, milli keyfiyyət kimi də təqdim olunmaqdadır.

 

2 fevral - Azərbaycan Gənclər Günü

02.02.2022-ci ildə Naxçıvan Tibb Kollecində 2 fevral- Azərbaycan Gənclər Günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Həmçinin qeyd etmişdir ki, Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Məhz bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlmişdir.

          Kollecin metodisti Səidə Şahverdiyeva “Dövlətimizin Gənclər Siyasəti” mövzusunda çıxış edərək qeyd etişdir ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi.

Kollecin tələbəsi Sunay Sultanova “Azərbaycan  gəncliyi” mövzusunda çıxış etmişdir.

Qanlı Yanvar Faciəsi

19.01.2022-ci ildə Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.

 Tədbiri kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.

Sonra kollecin müəllimi Aynur Sevdimalıyeva “20 Yanvar Faciəsi" mövzusunda çıxış edərək bildirmişdir ki, , 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazaraq, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Sonda 20 Yanvar faciəsinə aid video-çarx nümayiş etdirilmişdir.

 

 

Bizi sosial şəbəkələrdə izləyin