Tədbiri giriş sözü ilə kollecin direktoru Sona həkim açaraq bildirmişdir ki, Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığın qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir. 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Həmin gün ictimaiyyətin diqqəti Dünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir: "Fəallıq uzun ömür yaşamağa aparan yoldur", "Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək", " Sağlamlığı iqlim dəyişikliklərindən qoruyaq", "1000 şəhər – 1000 həyat" və s. olub. Qeyd edək ki, 2014- cü ildə həmin gün “Kiçik sancma böyük təhlükə mənbəyidir”, 2015-ci ildə ”Qida məhsullarının təhlükəsizliyi”, 2016-cı ildə “Diabetə qalib gələk”, “Depressiya: gəlin danışaq” şüarları altında keçirilib.
7 aprel 2023-cü il üçün mövzu Hamı üçün Sağlamlıqdır. Bu deviz Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasının 75 illiyinə həsr olunub.
Daha sonra kollecin həkim müəllimi Vüsalə Babayeva Ümumdünya Sağlamlıq Günü mövzusunda çıxış etmişdir.