14 dekabr tarixində Naxçivan Tibb Kollecində “Ümummilli Lider Heydər Əliyev və hüquqı dövlət quruculuğu” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kollecin direktoru Sona Məmmədova giriş mətni ilə çıxış etmiş Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqı təminat və insan hüquqları məsələləri şöbəsinin rəisı, baş ədliyə müşaviri Faiq Səfərov “Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi islahatların memarıdır” mövzusunda çıxış edərək müəllifi olduğu və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf etdiyi “Qanunçuluq və hüquq düşüncəsi” adlı kitabını kollecin kitabxanasına hədiyyə edib.
DEBAT LAYİHƏSİ
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi,Naxçıvan Tibb Kolleci və Naxçıvan Regional Debat Mərkəzinin təşkilatçılığı ilə 4-7 dekabr 2023-cü il tarixlərində Naxçıvan Tibb Kollecində “Debat Liqası” tədbiri keçirilmiş, 13 dekabr tarixində yarışın final mərhələsi və qalibləri mükafatlandırılması olmuşdur.`
12 dekabr Anım Günü 2023
12 dekabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona həkim açaraq bildirmişdir ki, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir Heydər Əliyevi Anım Günü ilə bağlı yad etmək, onun liderlik və xidmətlərinə vurğu etmək, ölkəsinin tarixindəki müstəqil dövrün əhəmiyyətini və inkişafını vurğulamaq, və onun həyat yolu və irsi ilə bağlı məlumatları öyrənmək bir vətəndaş kimi borcumuzdur.Bu gün Ümummilli lideri Heydər Əliyevi dərin hörmət və ehtiramla anırıq.
Daha sonra kollecin müəllimləri Pakizə Babayeva və Aynur Sevdimalıyeva Ümummilli lideri Heydər Əliyev haqqında çıxışlar etmiş və günün önəmindən bəhs edən video çarx izlənilmişdir.
1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür 2023
30 noyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir kı, 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ölkələri problemlə mübarizədə bir araya gətirməkdir. 1988-ci ildə təsis edilmiş QİÇS Günü dünya ölkələri səhiyyə nazirlərinin QİÇS-inprofilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran zirvə görüşündən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya QİÇS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb.
Sonra Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər publik hüquqı şəxsin QİÇS-lə mübarizə şöbəsinin müdiri həkim Hüseyin Mikayılov QİÇS-mü haqqında danışmış, xəstəliyin yoluxma yolları, müalicəsi və profilaktikasının çox əhəmmiyitli olduğunu bildirmişdir.Daha sonra tələbələrə “Tibb müəssisələrində İİV-infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” adlı kitabca paylanmışdır.
” Ümumdünya Mikroblar Əleyhinə Mübarizə Həftəsin”
29 noyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ” Ümumdünya Mikroblar Əleyhinə Mübarizə Həftəsin” çərçivəsində tədbir keçirildi.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir kı,2015-ci ildən bəri hər il keçirilən Ümumdünya Mikroblar Əleyhinə Mübarizə Həftəsinin əsas məqsədi antibiotiklərdən düzgün və ehtiyatlı istifadəsini aşılamaq və bu sahədə çalışan mütəxəssisləri maarifləndirməkdir. Antibiotik maddələr insanlarda, heyvanlarda və bitkilərdə xəstəliklərin müalicəsi üçün vacib vasitə olan antibiotik, antiviral, antifungal və antiprotozoal maddələri özündə əks etdirir.Mikrobların müqavimətinin artması qlobal bir böhrandır. Gözləmək üçün vaxt yoxdur. Mikrob əleyhinə dərmanların təsirini saxlamaq üçün hər kəsin rolu var. Bu üçlü bəyanat, üzv dövlətlərin mikroblara qarşı mübarizə tədbirlərini gücləndirməyə, qlobal problemi geniş şəkildə tanıtmağa və insanları antibiotik maddələrin istifadəsi ilə bağlı vərdişlərini dəyişdirməyə çağırır. Məsələ ondadır ki, həkimlər və baytarlar həmin preparatları xüsusi ehtiyac olmadan tez-tez təyin edirlər. Habelə onlar fermerlər və aqronomlar tərəfindən həddindən artıq istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, antibiotiklərin təxminən 50 faizi təyinatı üzrə istifadə edilmir. Məsələn, antibiotiklərin yalnız bakterial infeksiyaların müalicəsinə kömək etməsinə baxmayaraq, onları çox vaxt virus infeksiyalarının müalicəsi üçün təyin edirlər.
Sonra kollecin həkim müəllimi Quliyeva Sahibə “Uşaq orqanizmində Anti- biotiklərə həssaslıq”, əczaçı həkim Məmmədova Səidəxanım “Antibitiklərin inkişaf tarixi və yeni nəsl antibiotiklər” mövzusunda çıxışlar etdilər.
100 illik yubiley çərçivəsində"Ümummili Lider Heydər Əliyev və Azərbaycan"
22 noyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona həkim açaraq Ümummili Lider Heydər Əliyevin gəncliyə verdiyi tövhədən danışmışdır. Sonra kollecin kitabxana müdiri Leyla Əliyeva çıxış edərək bildirmişdir ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var.Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda qalib rolunu oynamışdır.Azərbayzan xalqının Ümummili Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka fitri istedad sahibi müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədiyaşar olmuşdur.Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti onun zəngin və çoxşaxəli iris isə xalqımızın milli sərvətidir.Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərmaycanlının şərəfli vəzifəsidir.
Daha sonra kollecin tələbələri Hüseynova Elvira “Heydər Əliyev 1923-1969 “,Cavadov Rəvan “Heydər Əliyev 1969-1990”, Hüseynova Xəyalə “Heydər Əliyev 1990-2003”, Zamanova Könül “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafında müstəsna rolu”, Əliyeva Yağmur “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi dəyər” Həsənova Zəhra “Ulu öndər”, Abbaslı Məryəm,Kərimova Həcər, Rüstəmova Zeynəb, Bədəlov Hüseyin,Quliyev Emin “Azərbaycan” şerini səsləndirmişdir..
"Diabet Günü" 2023
14 noyabr 2023-cü il tarixdə Naxçıvan Tibb Kollecində “Diabet Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə kollecin direktoru Sona Məmməsova çıxış edərək bildirmişdir ki, Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən şəkərli diabet "ağır xroniki xəstəlik" kimi səciyyələndirib və 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər.
Milyonlarla insanı bir yerə toplayan Ümumdünya Diabet günü 160-dan çox ölkə ilə yanaşı, muxtar respublikada da qeyd edilir. Diabet xəstəliyi ilə əlaqədar muxtar respublikada mühüm işlər görülür. Belə ki, diabetli xəstələr qlükometr aparatı, testlər və müvafiq şəkərsalıcı preparatlarla təmin edilir. Diabetli xəstələrə kömək məqsədi ilə həyata keçirilən Dövlət proqramları çərçivəsində hər il belə xəstələrə dərmanların pulsuz verilməsi üçün büdcədən xeyli miqdarda vəsait ayrılır. Diabetə qarşı görülən işlərin hüquqi bazası olaraq “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, AR Nazirlər Kabinetinin qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı”ı təsdiq edilib.
Sonra kollecin müəllimi Səidə Şahverdiyeva mədəaltı vəzin anatomiyası və karbohidrat mübadiləsindən danışmış, kollecin həkim müəllimi Sahibə Quliyeva diabet xəstəliyinin ağırlaşmaları, müalicəsi və profilaktikası haqqında məlumat vermişdir.
ZƏFƏR BAYRAMI
7 noyabr 2023-cü il tarixdə Naxçivan Tibb Kollecində “Zəfər Günü”təntənəli şəkildə qeyd olundu.Giriş sözünü kollecin direktoru Sona Məmmədova açaraq bildirdi ki, bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu gün qürurla deyə bilirik ki 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Erməni mifi şanlı ordumuz tərəfindən məhv edildi, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistanın layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında güclü ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Qarabağ Azərbaycandır!
Sonra kollecin 13 ortopedik stomatologiya qrupu tələbələri Vətən müharibəsində şəhid olmuş tibb işçilərindən bəhs edən slayt və çıxışlarıyla tədbirdə iştirak etdilər.Sonda kollecin tarix müəllimi Sevdimalıyeva Aynur Zəfər Yolu tarixindən bəhs edən çıxışını səsləndirmişdir.
Azərbaycan Respublikası Dövlət Bayrağı Günü
6 noyabr 2023-cü il taricxdə Naxçıvan Tibb Kollecində “Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan, sentyabr ayının 27-dən başlayaraq üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”. Daha sonra kollecin kitabxana müdiri Leyla Əliyeva “Azərbaycan Bayrağı –Müstəqilliyimizin simvolu kimi” adlı çıxışını səsləndirmişdir. |
Kollecimizlə tanışlıq
25 oktyabr 2023-cüil tarixdə Naxçıvan Tibb Kellecində ümumtəhsil məktəblərindən olan tələbələrin kolleclə tanışlığı olub. Daha sonra şağirdlərə tibb kollecinin tələbələri bədbəxt hadisələr zamanı göstəriləbiləcək yardımlardan danışmışlar.