26 may 2022-ci il tarixidə Naxçivan Tibb Kollecində fövqəladə hallar zamanı ilk tibbi yardım tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir. Fövqəladə hallar zamanı hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində tibb işçisi zərərçəkmişlərə ilk yardım göstərməyi bacarmalıdır. Özünü itirmək və bacarıqsızlıq zədələnənlərin vəziyyətini bir qədər də ağırlaşdıra bilər. Ona görə hər kəs həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını öyrənməli və bilməlidir.İlk yardım göstərərkən hadisə yerini diqqətlə nəzərdən keçirmək, şəraiti qiymətləndirmək və elə etmək lazımdır ki, yardım edən özü də zərərli təsirə məruz qalmasın . Zərərçəkmişi düşdüyü əlverişsiz şəraitdən elə ehtiyatla çıxarmaq lazımdır ki, o əlavə travma almasın. Tibb kollecində təhsil alan hər bir tələbə ilk yardımı mükəmməl bilməli , fövqəladə hal zamanı ətrafdakı kütləni düzgün məlumatlandırmalı və yönləndirməlidir.
Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılması
18 may 2022-ci il tarixdə Naxçıvan Tibb Kollecində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiyə işinin təşkilı şöbəsinin əhalinin mülki müdafiyə və fövqəladə hallara hazırliq bölməsinin mülki müdafiə qövvələrinin hazırlığı üzrə baş məsləhətçiləri Azadə Cəfərova və Afaq Alməmmədova “Fövqəladə halların tibbi-sanitar nəticəsinin aradan qaldırılmasında sanitar drujinaların rolu” mövzusnda marifləndirici tədbir keçirilmişdir.
Multikultural təhlükəsizliyin ümumi mahiyyəti
Tədbirdə kollecin kitabxana müdiri Əliyeva Leyla çıxış edərək bildirmişdir.Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların etnik qrupların mədəni dəyərlərini qoruması deməkdir. Multikultural təhlükəsizliyin prinsiplərdən biri ölkədə yaşayan bütün xalqların etnik qrupların mədəni dəyərlərin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsidir. Azərbaycan Respublikasında multikultural ənənələrin qorunması sahəsində görülən işlərlə bağlı gənc nəslin məlumatlandırılması, gənclərdə xalqlararası, dinlərarası, qarşılıqlı hörmət və etimat münasibətlərinin yaranması təbliği və təşkil olunması öhtəmizə düşən əsas vəzifələrdəndir.
C.Məmmədquluzadənin "Hekayələr"kitabının müzakirəsi
17 may 2022-ci il tarixində Naxçıvan Tibb Kollecinində oxunması zəruri olan kitablar siyahısından Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi və dramaturqun yaradıcılığndan bəhs edən tədbirir keçirilmişdir.Tədbirdə kollecin direktoru Sona Məmmədova giriş sözü ilə çıxış edərək bildirmişdir ki,Naxçıvan torpağının yetişdirdiyi böyük şəxsiyyətlərdən biri olan C.Məmmədquluzadə ədəbiyyat və jurnalistikamızda misilsiz xidmətlər göstərmişdir.O yaradıcılığı dövründə nadanlığa. geriliyə, cəhalətə qarşı mübarizə aparmış, insanları mariflənməyə səsləmişdir.
Sonra kollecinin müəllimi Babayeva Pakizə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında çıxış edərək bildirmişdir. Xalqın formalaşmasında müstəsna rolu olan Cəlil Məmmədquluzadənin yaradıcılığı gələn hər yeni nəsil üçün azərbaycançılıq, müstəqillik, millilik və vətəndaşlıq tərbiyyəsi məktəbidir. Cəlil Məmmədquluzadə əlinə qələm alan gündən bütün qayəsi xalqnın mariflənməsi olub. Ona görə deyib ki: “Oxumaq işıq oxumamaq qaranlıqdır” Yazar bütün fəaliyyətini işığa doğru yönəldib.Qədim Naxçıvana, böyük Azərbaycana, bütün şərq dünyasına qələminin işığı ilə nur yayıb.
Daha sonra kollecinin tələbələri Novruzova Fəxriyyə “Cəlil Məmmədquluzadənin publisistikası”, Səlimova Çinarə “Cəlil Məmmədquluzadənin şerləri”, Həsənova Nəcibə “Cəlil Məmmədquluzadənin dramaturgiyası”, Cəmiyeva Əsmər “Cəlil Məmmədquluzadənin nəsr əsərləri” mövzularında çıxış etmişdilər.Tədbirin sonunda “Poçt qutusu” qısametrajlı filmi nümaiş olunmuşdur.
Kollecdə nümunəvi dərs
Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin Naxçıvan Tibb Kolleci ilə 2022-ci ildə birlikdə keçirilməsi nəzərdə tutulan tədbirlər planına əsasən 6 may 2022-ci il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin Ümumi Təbabət və Kliniki Fənlər kafedrasının müdiri tibb üzrə fəlsəfə doktoru dossent Gültəkin Əliyeva “Çoxdöllü hamiləlik” mövzusunda mühazirə keçmişdir.Tədris diskusya şəklində olmuş, tələbələrin sualları cavablandırılmışdır.
İLK YARDIM SEMİNARI
5-29 aprel 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Tibb Kollecinin tələbələrindən ibaarət “İlk yardım könüllüləri” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərində şagirdlərə hər hansı bədbəxt hadisə və ya həyat üçün təhlükə yaradan vəziyyətlərdə ( qanaxmalar,siniq-çixiqlar, burxulmalar, ürəyin qapali masaji, suni tənəffüsün verilməsi, suda boğulma, dəm qazından zəhərlənmə, donvurma, elektirikvurma, günvurma, qapalı məkanda istivurma, kimyəvi və termiki yanıqlar, eplepsiya tutmaları.asfiksiya, həşərat və ilan sancması) həyat xilas etmək və ya vəziyyətin dahada pisləşməsinin qarşısını almaq üçün göstəriləcək ixtisaslı həkim yardımına qədərki ilk yardım qaydalarından bəhs edən təlimlər keçməkdədir.
Bu günə qədər Naxçıvan şəhər 1,2,3,4.5,6,7,8,9,10,11,12,13,14,15,16 Heydər Əliyev adına tam orta məktəb,Naxçıvan Qızlar Liseyi,Naxçivan Qarnizonu tam orta məktəbı, Şərur şəhər 1 və 2 № -li nömrəli tam orta məktəb, Babək qəsəbə 1 və 2 № -li nömrəli tam orta məktəb, Ordubad şəhər 3 № -li nömrəli və İnternat məktəbi, Culfa şəhər 2 və 3 № -li nömrəli tam orta məktəb, Qıvraq qəsəbə tam orta məktəbi, Xök kənd tam orta məktəbi, Şahbuz şəhər 1 və 2 № -li nömrəli tam orta məktəb,Sədərək kənd 1 və 2 № -li nömrəli tam orta məktəblərdə tədbirlər keçirmişdir .Tədbirlərə şagirdlərdə cəlb olunmuş,fəal şagirdlər mükafatlandırılmışdır.
Təlim rəsmlərinə baxmaq üçün fotoqalereyaya girin.
Oftolmoloq Zərifə xanım Əliyeva
Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək bildirib ki, Zərifə Əliyeva hər şeydən əvvəl nəcib insan, qayğıkeş həkim idi. O, qısa, lakin şərəfli ömrünü faydalı işlərə sərf edib. Zərifə xanımın həyatda ən böyük arzusu insan sağlamlığını qorumaq, xəstələrinə işıq, sevinc bəxş etmək idi. O, həmkarları ilə birlikdə ağır faciəyə səbəb olan traxoma xəstəliyinə qarşı mübarizə aparırdı. Zərifə Əliyeva ciddi elmi tədqiqatları, apardığı mürəkkəb cərrahiyyə əməliyyatları, müalicə işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. O, gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir.
Sonra kollecin müəllimi Babayeva Pakizə Zərifə Əliyevanin şərəfli ömür yolundan danışmışdır.
Talasemiyya 2022
Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək bildirib ki, Talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı təsdiq edilib. Bu Tədbirlər Proqramı talassemiyalı xəstələr üçün tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstə uşaqların doğulmasının qarşısının alınmasına yönəlib. Naxçıvan Muxtar Respublikasında da Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində talassemiyadan əziyyət çəkən uşaqların müalicəsi üçün lazımi işlər görülüb talassemiyalı xəstələrin müalicəsi gündüz stasionarı şəraitində həyata keçirilir. Gündüz stasionarlarında əsasən xəstələrə qan köçürülür. Xəstələrin digər müalicəsi əsasən evdə, həkimlərin təyinatı üzrə aparılır. Həmin şöbə ən yeni avadanlıqlarla təmin edilib. Xəstəxananın tərkibində Qan Bankı xəstələr üçün donor qanının tədarükü ilə məşğuldur. Xəstəliyin profilaktikası üçün cəmiyyətin talassemiya haqqında kifayət qədər məlumatı olmalıdır. Bu məqsədlə populyar buklet, tövsiyə və digər sanitar-maarifi materialları hazırlanaraq əhali arasında paylanmalı, qəzet və jurnallarda müntəzəm məqalələr nəşr olunmalı, ekran və efir xəstəlik barədə söhbətlər aparılmalıdır. Hər şeydən əvvəl, gənclər, xüsusilə subaylar evlənmə ərəfəsində talassemiya geninə görə yoxlanılmalı və beləliklə, talassemiya geni daşıyan iki şəxsin evlənməsinin və bununla da əhali arasında həm gen daşıyıcılarının çoxalmasının və həm də xəstə uşaq doğulmasının qarşısı alınar.
Sonra kollecin müəllimi Baxşəliyeva Arzu Talasemiya xəstəliyi haqqında geniş məlumat vermiş, xəstəliyin genetikasından danışmışdır.
Qılınc və qələm romanının müzakirəsi
Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək oxunması zəruri olan kitablar siyahısından M.S.Ordubadinin “Qılınc və qələm” romanının gənclərə tövsiyyə olunmasının əhəmiyyətindən danışaraq bildirmişdir.
Ədəbiyyat tariximizin görkəmli simalarından olan M.S.Ordubadi ədəbiyyatın bütün növlərində yazıb -yaratsa da, romanları ilə daha böyük şöhrət qazanmışdır.Onun tarixi romanlarının sonuncusu “Qılınc və qələm”dir. Bu roman Azərbaycan tarixində Nizami dövrünün ədəbi səlnaməsidir.Böyük şair və mütəfəkkir bu əsəri təkcə Nizami Gəncəvi həyatını əks etdirən roman kimi deyil, dövrün içtimai təzadlarını geniş epik lövhələrlə canlandıran misilsiz sənət nümunəsi kimi yaratmışdır.
Sonra Tədbirdə Naxçıvan Tibb Kollecinin Kitabxana müdiri Əliyeva Leyla çıxış edərək bildirmişdir ki, romanda qılıncla qələmin, ağılla gücün ittifaqından söz açılır. Nizaminin dili ilə deyilən” Biliksiz və siyası düşüncəsi olmayan adamların silahları da qələbə qazana bilməz qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir” sözləri müəllifin qayəsini məlandırır. M.S.Ordubadı bu romanla qılıncın məhsuliyyətini və şərəfini qələmin qüdrəti ilə isbat etmişdir.Böyük sənətkarlıqla yazılmış bu möhtəşəm bədii əsər Azərbaycan ədəbiyyatında tarixi roman janrının zirvəsində dayanır.
Azərbaycanda multikulturalizm
Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir. Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru ”şuarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Həm buna tarixi-mənəvi haqqı olması, həm beynəlxalq nüfuzu, həm də gələcəyə yönəlik planları nöqteyi-nəzərindən Azərbaycanın qarşısına belə bir məqsət qoyması təbii və zəruri prosesdir.
Eyni zamanda Azərbaycan höküməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib.
Azərbaycan Respublikasında multikultural ənənələrin qorunması sahəsində görülən işlərlə bağlı gənc nəslin məlumatlandırılması , gənclərdə xalqarası , dinlərarası, qarşılıqlı hörmət və ehtimad münasibətlərinin yaranmasının təbliğinin təşkil olunması əsas vəzifələrdəndir.
Tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Bu gün azərbaycanı və azərbaycanlıları fərqləndirən xüsusiyyətlər məhz budur.
Sonra kollecin müəllimi Səfərova Nigar “Azərbaycanda multikulturalizm” mövzusunda çıxış etmişdir.