"NAXÇIVANIN ƏDƏBİ MÜHİTİ"

     24 aprel 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində  Naxçıvan Muxtar Respublukasının 100 illik yubileyinə həsr olunmuş ”Naxçıvanın ədəbi mühiti” mövzusunsa tədbir keçirilmişdir. Tədbirdə Naxçıvanda döğulmuş həyatının biz dövrünü Naxçıvanda  yaşamış Azərbaycan xalqının görkəmli xadimlərinin həyat və yardıcılığından danışılmışdır.

     Tədbirin sonunda Naxçıvan haqqında hazırlanan sənədli filmə baxış keçirilmişdir.

 

“17 aprel – Ümumdünya Hemofiliya Günü” 2024

17 aprel 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində  “17 aprel – Ümumdünya Hemofiliya Günü”nə həst olunmuş tədbir keçirilmişdir.Tədbiri girişsözü ilə kollecin direktoru Sona Məmmədova açmışdır.Sonra kollecin müəllimi Səidə Şahverdiyeva “Qanın tərkibi və fünksyaları” mövzusunda çıxış etmişdir.

Daha sonra isə Sona həkim Hemofiliya xəstəliyi haqqında çıxış edərək xəstəliyin irsən ötürülməsindən, müalicə və profilaktikasından danışmışdır.

“Narkotik maddələrin istifadəsinin ziyanları, narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısının alınması, yeniyetmə-gənclər arasında narkotik vasitələtə asılılıq, psixatrop maddələrin insan orqanizminə mənfi təsiri”

9 aprel 2024-cü il tarixdə Naxçıvan Tibb Kolleci və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları təşkilatçılığı ilə “Narkotik maddələrin istifadəsinin ziyanları, narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısının alınması, yeniyetmə-gənclər arasında narkotik vasitələtə asılılıq və narkotik, psixatrop maddələrin insan orqanizminə mənfi təsiri” mövzusunda marifləndirici tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq tədbir iştirakçılarını salamlamış, sözü Naxçıvan Şəhər Polis İdarəsinin rəisi polis palkovniki Eldar Qazıbıyova vermişdir.Sonra Naxçıvan Şəhər Polis İdarəsinin İçtimai Təhlükəsizlik Şöbəsinin rəisi polis mayoru Abbasəli Həsənov və Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çixiş etmişdirlər.

 

NOVRUZ ŞƏNLİYİ

18mart 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində Novruz Bayramı qeyd olunmuşdur.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq müəllim və tələbələri bayram münasibətilə təbrik etmişdir. Sonra  kollecin tələbələrinin hazırladıqları bayram şənliyi proqramı izlənilmişdir.

7 Aprel Sağlamlıq Günü 2024

6 aprel 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində “7 Aprel Ümumdünya Sağlamlıq Günü “ nə həsr olunmuş tədbir keçirilmişdir .Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Ümumdünya Sağlamlıq Günü” insanların sağlamlıq haqqında məlumatlılığını və sağlam həyat tərzi vərdişlərini təşviq etmək məqsədi daşıyan beynəlxalq tədbirdir. Hər il 7 apreldə  qeyd olunur və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənir. Bu xüsusi gün insanlara sağlamlıqla bağlı vacib məsələləri başa düşməyə, sağlam həyat və səhiyyə xidmətlərindən istifadə haqqında icmalarda məlumatlılığı artırmağa və bütün dünyada sağlamlıq bərabərsizliklərini həll etməyə kömək edir.

               Ümumdünya Sağlamlıq Gününün məqsədi insanları sağlamlıqla bağlı müxtəlif mövzulardan xəbərdar etmək və icmaları sağlam həyata təşviq etməkdir. Bununla belə, hər il fərqli bir mövzuya diqqət yetirilərək, ilin sağlamlıq prioritetləri vurğulanır. Məsələn, ötən illərdə Ümumdünya Sağlamlıq Gününün mövzusuna piylənmə, siqaret, HİV/AİDS, sağlam qocalma və qlobal pandemiya kimi müxtəlif mövzular daxil edilmişdir.

               Yekun olaraq qeyd edək ki, Ümumdünya Sağlamlıq Günü sağlamlıq haqqında məlumatlılığı artırmaq, icmaları sağlam həyat tərzini mənimsəməyə təşviq etmək və səhiyyə xidmətlərindən istifadədə bərabərsizlikləri aradan qaldırmaq üçün mühüm platformadır. Hər kəsin sağlam həyat sürməsi üçün qlobal səviyyədə əməkdaşlıq və səylər tələb edən bu mühüm gündə səhiyyə ictimaiyyəti və ictimaiyyət sağlamlıq problemlərini müzakirə etmək və həll yollarını tapmaq üçün bir araya gələcək.

Daha sonra kollecin müəllimi Aysel Əliyeva “Sağlam həyat- təbliğində tibb işçisinin rolu! ” mövzusunda çıxış etmişdir.                                                                                                               

“1 Mart – Ümümdünya Mülki Müdafiə Günü”2024

29 fevral 2024-cü il tarixdə  “1 Mart – Ümümdünya Mülki Müdafiə Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas müəsisələrinin tələbələri arasında keçirilən yarışda Naxçıvan Tibb Kolleci komandası II yerin qalibi olmuşdur.Tələbələrimizə fəaliyyətlərində uğurlar arzulayırıq.

 

Xocalı soyqırımı 2024

26 fevral 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində «Xocalı soyqırımı» ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Xocalı qətliamından 32 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 32 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq.

Daha sonra kollecin müəllimi Səidə Şahverdiyeva «Xocalı soyqırımı» » na həsr etdiyi çıxışını səsləndirmişdir.Tədbirdə kollecin tələbələri Haqverdiyeva Dərya,Hüseynova Xəyalə,Vəlizadə Zərzişan,Həsənova Zəhra və Hüseynova Nurcan günün önəmindən bəhs edən çıxışlar və şerlər səsləndirmişlər.

2 Fevral Gənclər Günü 2024

1 fevral 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecində 2 fevral «Gənclər Günü» ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır., əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.

Daha sonra kollecin müəllimi Zamanova Lamiyyə «Gənclər Günü» nə həsr etdiyi çıxışını səsləndirmişdir.

"QANLI YANVAR" 2024

19 yanvar 2024-cü il tarixdə Naxçıvan Tibb Kollecinində “ 20 Yanvar faciəsi”nin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Daha sonra kollecin tarix müəllimi Aynur Sevdimalıyeva  “ 20 Yanvar faciəsi”nə həsr etdiyi çıxışını səsləndirmişdir.

Kollecdə “ 20 Yanvar faciəsi”nin ildönümünə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.

“Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi islahatların memarıdır”

14 dekabr tarixində Naxçivan Tibb Kollecində “Ümummilli Lider Heydər Əliyev və hüquqı dövlət quruculuğu” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kollecin direktoru Sona Məmmədova giriş mətni ilə çıxış etmiş  Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqı təminat və insan hüquqları məsələləri şöbəsinin rəisı, baş ədliyə müşaviri Faiq Səfərov “Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi islahatların memarıdır” mövzusunda çıxış edərək müəllifi olduğu və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf etdiyi “Qanunçuluq və hüquq düşüncəsi” adlı kitabını kollecin kitabxanasına hədiyyə edib.

Bizi sosial şəbəkələrdə izləyin