“Ümummilli Lider Heydər Əliyevin anım il dönümü

11 dekabr 2018-ci ildə Naxçıvan Tibb Kollecində “Ümummilli Lider Heydər Əliyevin anım il dönümü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.

Sonra Naxçıvan Tibb Kollecinin müəllimi Rəna Vəliyeva Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yerindən, kollecin tələbələri isə ulu öndər Heydər Əliyevə aid şerlərlə çıxış etmişdirlər.

Sonda “12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü” nə həsr olunmuş və kollecin tələbələrinin hazırladıqları video-çarxlar nümayiş etdirilmişdir.

1 Dekabr - Ümumdünya Qiçs günü

1 dekabr 2018-ci ildə Naxçıvan Tibb Kollecində “Ümumdünya QİÇS-lə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbiri kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, “1 Dekabr  Ümumdünya QİÇS-lə Mübarizə” gününün qeyd olunmasında  əsas məqsəd dünya ölkələrini bu problemlə mübarizədə bir araya gətirməkdir. Qeyd edilmişdir  ki, Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə  qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişləndirilib. Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə həmin bəlaya qarşı qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər birliklərinin səylərini birləşdirməyə çalışır. Məqsəd isə aydındır: insanları başa salmaq, maarifləndirmək yolu ilə onları daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, daha çox qurulan və gözəlləşən dünyada yaşamaq və yaratmaq həvəsini, eşqini gücləndirməkdir.

Sonra kollecin müəllimi İlkanə Ağalarova çıxış edərək QİÇS-in tarixi haqqında məlumat vermişdir. O, öz çıxışında bildirmişdir ki, hazırda bu problem son dərəcə aktual  problemlərdən biridir. Hələ 20 il əvvəl QİÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxılırdı, günümüzün reallıqları isə tamam başqadır.

Sonra isə Naxçıvan Tibb Kollecinin  tələbəsi İnci  Vəliyeva öz çıxışında virusun quruluşu, mərhələləri haqqında ətraflı məlumat vermişdir.

Sonda  “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə günü” nə həsr olunmuş video-çarx nümayiş etdirilmişdir.

 

 

Komputerin Tibbdə əhəmiyyəti

    21 noyabr 2018-ci tarixində Naxçıvan Tibb Kollecində Cərrahiyyə və İnformatika dərnəklərinin üzvləri tərəfindən  hazırlanmış maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Kollecin direktoru, cərrahiyyə və informatika dərnəklərinin rəhbərləri, dərnək üzvləri, müəllim və  tələbələr iştirak etmişlər.

          Tədbiri Kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, belə tədbirlərin hazırlanması kollecdəki dərnəklərin öz işlərini layiqincə yerinə yetirdiyinin  bariz nümunəsidir. Belə tədbirlər nəticəsində müəllim və  tələbələr  vaxtlarını yeni maraqlı məlumatlar öyrənməklə dəyərləndirirlər.

          Sonra dərnək üzvləri hazırladıqları materialları tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Əvvəlcə cərrahlığın və informatikanın (komputerin) inkişaf tarixi haqqında qısa məlumat verilmişdir.  Sonra isə komputerin tibbə tədbiqindən danışılmış,  həmçinin komputerli tomoqrafiya və onun əhəmiyyəti, laparoskopiya və nəhayət robotik cərrahiyyə haqqında məlumat verilmişdir

          Tədbir slaytlarla aparılmış, materialları hazırlayan dərnək üzvləri kollecin direktoru tərəfindən  Fəxri  fərmanla təltif olunmuşdur.

 

Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Naxçıvan Tibb Kollecində keçirdiyi maarifləndirmə tədbiri

        Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi 16 noyabr 2018-ci tarixdə Naxçıvan Tibb Kollecində “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yaşayış sahələrində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalıarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısınınn alınması” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində əsas məqsədlər:

  1. Təhsil müəsissələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş  tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, müəllim və şagirdlərə insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirlməsi qaydalarını öyrətmək.
  2. Təhsil müəsissələrinə məxsus inzibati binaların, ərazilərin saxlanılması, laboratoriya və kompüter otaqlarına olan yanğın təhlükəsizliyi tələbləri, eləcə də yaradılan könüllü yanğın dəstəsinin fəaliyyəti və rolu haqqında tələbələrə məlumat vermək.
  3. Təhsil müəsisələrində mövcud olan yanğınsöndürmə vasitələrindən istifadə qaydları və onların cavabdeh şəxlərə təhkim olunması, eləcə də daima saz vəziyyətdə saxlanılması haqqında məlumat vermək.
  4. Təbii qazdan istifadə zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması məqsədi ilə məlumatlar vermək.
  5. Qış mövsümü dövründə yaşayış evlərində qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tələbələrə məlumat vermək.
  6. Daşınmaz əmlakın icbari siğortası və daşınmaz əmlakın mülki məsuliyyətinin siğortası ilə bağlı tədbir tələbələrə vermək.

        Tədbiri giriş sözü ilə açan Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova tədbirin əhəmiyətindən bəhs etmiş, yanğınların yol açdığı faciələrin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini vurğulamış, əhalinin sağlamlığının qorunması yolunda  görülən tədbirlər üçün muxtar respublika rəhbərliyinə və Fövqəladə Hallar Nazirliyinə minnətdarlığını bildirmişdir.

      Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti və Yanğından Mühafizə İşinin Təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov “Təhsil müəsissələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılması, yanğın təhlükəsizliyi sahəsində işçilərin hüquq və vəzifələri, qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları  və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması” mövzusunda çıxış etmişdir.

      Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin DövlətYanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət kapitanı Etibar Məmmədov “ Yaşayış evlərində və mənzillərində qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması” mövzusunda çıxış etmişdir.

     Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.

 

 

 

 

 

Naxçıvan Tibb Kollecində "14 Noyabr Ümumdünya Diabet günü" nə həsr olunmuş tədbir keçirildi

14 noyabr 2018-ci ildə Naxçıvan Tibb Kollecində “Ümumdünya diabet günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru, müəllim – tələbə heyəti iştirak etdi.

Tədbirdə kollecin direktoru Sona Məmmədova çıxış edərək “14 Noyabr  Ümumdünya Diabet gününün təsis olunması haqqında çıxış etdi: Hər il dünyada təxminən 1 milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşahidə olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkila-tının 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə Şəkərli Diabet «ağır xroniki xəstəlik» kimi səciyyənləndirilib.

Sonra kollecin müəllimi Şəfəq Şükürova çıxış edərək müəllim və tələbələrin nəzərinə çatdırdı ki, 14  noyabr  Ümumdünya  diabet  günün  təsis  olunması  həkim  Frederik  Bantiçin  adı  ilə  bağlıdır. O, 1921-ci  ilin  oktyabrında  öz  tələbəsi  Çarlz  Bestlə  birlikdə  ilk  dəfə  şəkərli  diabet  xəstəliyinin  müalicəsi  üçün  insulin  preparatını  kəşf  etmişdir.14  noyabr  böyük  alimin  doğum  günüdür. Məhz  onun  şərəfinə  Beynəlxalq  Diabet  Federasiyasının  və  Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  qərarına  əsasən  14  noyabr  1991-ci  ildən  etibarən  Ümumdünya  Diabet  Günü  (ÜDG)  kimi  qeyd  olunur.

          Dünya  Diabet  Gününün  emblemi  olan  mavi  dairə  şəkərli  diabet  ətrafında  hamının  birləşməsini  simvolizə  edir. Hər  il  müxtəlif  şüar  altında  keçirilən  Ümumdünya  Diabet  Gününün  dəyişilməz  amalı  belə  səslənir: “Güc  birlikdədir!”   Qeyd  etmək  lazımdır  ki, şəkərli  diabet  xəstəliyini  təhlükəli  və  problemli  edən  onun  müxtəlif  yaş  həddini  əhatə  etməsi, əhali  ara-sında  geniş  yayılması, ağır  fəsadların  meydana  gəlməsi, böyük  maddi  vəsait  tələb  etməsidir. Xəstəliyin  xoş  gedişatı  üçün, yəni  onun  həyat  tərzinə  çevrilməsi  üçün  düzgün  tibbi  xidmətə , sosial  iqtisadi  qayğıya, normal  psixoloji  duruma  və  bütün  bunları  tənzimləyə  biləcək  hüquqi  bazaya  ehtiyac  var.

          Hazırda  dünyada  500  milyon  insanda  şəkərli  diabet  diaqnozu  qeyd  olunur. Güman  olunur  ki, 50%-i  öz  xəstəliyi  haqqında  məlumatsızdır. Azərbaycanda  da  bu  xəstəlikdə  əziyyət  çəkənləırin  sayı  təxminən  182  min  nəfər  təşkil  edir. Bu  xəstəliyin  yayılma  tempinə  görə  Ümumdünya  Səhiyyə  Təşkilatı  şəkərli  diabet  xəstəliyini  qeyri  infeksion  epidemiya  kimi  dəyərləndirir.

     Bu  proqram  çərçivəsində  respublikada  ilk  dəfə  olaraq  bütün  xəstələrə  özünənəzarət  vasitələri – qlükometrlər  və  test  sistemlər  pulsuz  olaraq  paylanmış  və  onların  dərman  təchizatı  ilə  bağlı  uzun  illər  davam  edən  problem  aradan  qaldırılmışdır. Bununla  əlaqədar  olaraq  şəkərli  diabet  xəstələrinin  aşkar  edilməsi  işi  yaxşılaşmış, qeydiyyata  götürülən  xəstələrin  sayı  2003-cü  illə  müqayisədə  təxminən  3.6  dəfə  artmışdır.

     Həmçinin, görülən  işlərin  nəticəsi  kimi  şəkərli  diabetdən  ölüm  göstəricisi  hər  100 min  nəfərə  21.7-dən 7.5-ə  enmişdir.

 Sonra isə Naxçıvan Tibb Kollecinin  tibb bacısı işi tələbəsi Səyidə Əliyeva çıxışında Şəkərli Diabet haqqında ümumi məlumat verdi: Şəkərli  diabet  haqqında  danışmazdan  əvvəl  insanın  normal  fizioloji  strukturuna  baxmaqda  fayda  var. Orqanizm  ehtiyacı  olan  enerjini  qəbul  etdiyimiz  qidalardan  əldə  edir. Yemək  yedikdən  sonra  qidalar  bağırsaqlarda  parçalanıb, sorularaq  qan  dövranı  vasitəsilə  orqanizmə  yayılır. Enerji  əldə  etmək  üçün  qan  şəkərinin  xüsusilə  əzələ, qaraciyər, yağ, beyin kimi  toxumalar  olmaqla, bütün  orqan  hüceyrələrinə  girməlidir. Qanda  olan  şəkərin  hüceyrələrə  girməsi  insulin  hormonu  vasitəsilə  olur. Insulin  qanda  yoxdursa  və  ya  olduğu  halda  hüceyrələr  tərəfindən  istifadə  olunmuş  qandakı  şəkər  hüceyrələrə  girmədiyi  üçün  toplanır  və  yüksəlməyə  başlayır.

Diabetin  səbəbləri.

  • Genetik  meyl
  • Piylənmə
  • Insulin  ifraz  edən  betta  hüceyrələrin  zədələnməsinə  səbəb  olan  xəstəliklər:pankrestit, mədəaltı vəz  xərçəngi  və  daxili  sekresiya  vəzilərinin  xəstəlikləri.
  • Virus  infeksiyaları: qızılca, su  çiçəyi, qrip, epidemik  hepatit  və  digər  xəstəliklər
  • Sinir  sisteminin  gərginliyi, stress

Yaş  həddi: yaş  hər  10  il  artdıqca  xəstəliyə  tutulma  ehtimalı  da  çoxalır.

Şəkərli  diabetin  aşağıdakı formaları  ayırd  edilir:

I  tip  diabet  insulindən  asılı  diabet  və  ya, cavan  və  arıq  insanların  diabeti. Çox vaxt  40  yaşa  qədər  insanlarda  rast  gəlinir, bu  tip, insulin  çatmazlığı  ilə  əlaqədardır. Ona  görə  də  insulindən  asılı  tip  adlanır.

             II  tip  diabet  və  ya  insulindən  asılı  olmayan  forma  kök  və  yaşlı  insanların  diabeti  də  adlandırma  olar. 40  yaşdan  sonra  yaranır. Bu  tip  diabetdə  insulin  sintez  olunur, lakin  orqanizm  buna  zəif  cavab  verir  və  bədəndə  insulin  çatışmazlığı  yaranır. II  tip  diabetin  səbəblərinə  genetik  meyl, piylənmə  daha  çox  aid  edilir. 60-80%  bu  xəstəlikdən  əziyyət  çəkənlər  artıq  çəkidən  əziyyət  çəkirlər. Bundan  başqa, şəkərli  diabet  müxtəlif  virus  xəstəlikləri, qrip, virus  hepatiti, herpes, o  cümlədən  pankreatit  və  mədaltı  vəzin  şişləri  nəticəsində  də  meydana  çıxa  bilər. Insulin  kifayət  qədər  ifraz  lunur, lakin  orqanizmin  toxumaları  insulinə  qarşı  artıq  həssaslığını  itirmiş  olurlar. Insulinlə  müalicə  bütün  xəstələrə  təyin  olunmur.

Hestasion  diabet: hamiləlik  zamanı  meydana  çıxır  və  çox  vaxt  doğuşdan  sonra  ya  tamamilə  itir  və  ya  yüngülləşmiş  formaya  keçir. Bu  tip  diabetin  yaranmasının  səbəbləri  II  tip  diabetin  yaranma  səbəblərinə  uyğundur. Hestasion  diabetin  rast  gəlmə tezliyi  hamilə  qadınlarda  2-5%  arasında  dəyişir. Doğuşdan  sonra  bu  növ  diabet  tamamilə  aradan  götürülsə də  hamiləlik  zamanı  bu  dölə  və  ananın  sağlamlığına  ciddi  təhlükə  yaradır. Hamiləlik  zamanı  hestasion  diabetin  olması  qadınlarda  II  tip  diabetlə  xəstələnmə  riski  yaradır. Dölə  təsiri  nəticəsində  isə  uşağın  kütləsinin  çox  olması, müxtəlif  eybəcərlik  və  inkişaf  qüsurları  yarada  bilər.

Şəkərli  diabet  bundan  başqa  ağırlaşmalara  da  gətirib  çıxara  bilər. Diabetin  kəskin  ağırlaşmalarına  diabetik  ketoasidoz, hipoqlikemiya, hiperosmolyar  komanı  göstərmək  olar.

             Diabetik  ketoasidoz  dedikdə, lipid  mübadiləsinin  aralıq  məhsullarının  qanda  toplanması  nəticəsində  orqanizmin  ağır  halı  başa  düşülür. Çox  vaxt  yanaşı  gedən  xəstəliklər, ancaq  ən  əsas  infeksion, travma, əməliyyatdan  sonra, düzgün  qidalanmamaq  nəticəsində  meydana  çıxır. Huşun  itirilmsinə  və bəzən  də  orqanizmin  həyati  vacib  funksiyalarınn  pozulmasına  gətirib  çıxarır.

             Hiperqlikemiya  qanda  şəkərin  miqdarının  normadan  artıq  düşməsinə  deyilir, bu  isə öz  növbəsində  şəkəri  salan  preparatlardan  normadan  artıq  istifa-də, adəti  olmayan  fiziki  gərginlik, qidalanmanın  düzgün olmaması  və sərt  spirtli  içki  qəbulu  nəticəsində  yarana  bilər.

             Hiperosmolyar  koma  əsasən, II tip  şəkərli  diabetdən  əziyyət  çəkən  yaşlı  insanlarda  rast  gəlinir  və  çox  vaxt  güclü  susuzluq  nəticəsində  meydana  çıxır. Bu  sindrom  yaranmamışdan  qabaq, poliuriya  (çoxlu  sidiye getmə)  və  polidipsiya  (uzun  müddətli  susuzluq  hissi, xroniki  və  həddən  artıq  suzma)  bir  neçə  gündən  bir  neçə  həftəyə  qədər  müşahidə  oluna  bilər.

Şəkərli  diabet  ciddi  və  təhlükəli  bir  xəstəlikdir. Diabetin  ağırlaşmalarının  qarşısını  almaq  üçün  qanda  şəkərin  miqdarını  normada  saxlamaq  lazımdır.

             Diaqnoz  və  müalicə:  diaqnostika  məlum  simptonlar  əsasında  çətinlik  törətmir. Lakin  dəqiq  diaqnoz  qanda  qlükozanın  miqdarının  dəqiqləşdirilməsi  ilə  qoyulur. Şübhəli  hallarda  qlükoza  tolerant  testi  həyata  keçirilir. Sidik  ana-lizində  isə  aseton  və  şəkərə  qarşı  müsbət  reaksiya  özünü  göstərir. Şəkərli  diabetin  müalicəsi  özündə  pəhriz, dərman  terapiyası, fiziki  yüklənməni  birləşdirir. Britaniya  alimləri  hesab  edirlər  ki, 3 dəqiqəlik  gimnastika  qanda  qlükozanın  miqdarını  normada  saxlayaraq  II  tip  diabetin  yaranmasının  qarşısını  alır. Alimlər  apardıqları  tədqiqat  zamanı  insanların  özlərini  bir  neçə  saat  idmanla  məşğul  olmağa  məcbur  edə  bilmədiklərini  aşkarlayıblar, lakin  belə  məlum  olub  ki, hətta  bir  neçə  dəqiqəlik  hərəkətlər  də  yaxşı  nəticə  verə  bilər. II  tip  şəkərli  diabetlə  yer  üzündə  246  mln  insan  əziyyət  çəkir. Ciddi  dieta  və  uzunmüddətli, daim  fiziki  gimnastika  xəstəliklə  mübarizəyə  kömək  edir. Lakin  bu  metodla  bir  çox  insan  üçün  çətinlik  törədir.

 

 

 

Naxçıvan Tibb Kollecində “ Farmakologiya” kitabının təqdimatı keçirildi

  13  Noyabr 2018- ci tarixdə Naxçıvan Tibb kollecində kollecin həkimləri Ülkər Mahmudova və Zəminə İsmayılovanın farmakologiya fənni üzrə  birgə hazırladıqları “ Farmakologiya” kitabının təqdimatı keçirildi.  Təqdimatda kollecin  müəllim – tələbə heyəti iştirak etdi.

Təqdimatda  kollecin direktoru Sona Məmmədova  çıxış edərək bildirdiki,  farmakologiya fənni üzrə hazırlanan bu dərslik tələbələrin  bir  mənbədən həm nəzəri həm də pratik bilikləri əldə etmələrini  xeyli asanlaşdıracaqdır.

Bu uğurlu addım üçün Sona Məmmədova  Ülkər Mahmudova və Zəminə İsmayılovaya öz təşəkkürünü bildirdi.

 Təqdimatda Ülkər Mahmudova diqqətə  çatdırmışdır  ki , Farmakologia reseptura ilə birlikdə dərsliyi farmakologiya fənninin tədrsi üçün tibb məktəbləri üzrə  tədris proqramına uyğun olaraq yazılmışdır. Dərsliyin giriş hissəsində farmakologiya fənninin qarşısında duran vəzifələr farmakologiyanın qısa tarixi haqqında məlumat verilir. 

9 Noyabr Bayraq Günü

                                                                      

 08 Noyabr 2018-ci il tarixdə Naxçıvan Tibb Kollecində müəllim -tələbə heyətinin iştirakı ilə 9 Noyabr  “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirildi.  Tədbirdə ilk öncə Azərbaycan himni səsləndirildi.  Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirdi ki,  Azərbaycan Respublikasının Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Eyni zamanda1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı Dövlət bayrağı elan etmişdir. Qeyd olunub ki, şanlı bayrağımız Doğma Naxçıvanımızın ən gözəl güşəsində dalğalanır. Baxdıqca qurur, fərəh hissi keçiririk. Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız bizim qürur və varlığımızın, milli birliyimizin təcəssümüdür. Onu qorumaq hər  birimizin  müqəddəs borcudur. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Sevindirici haldır ki, gənclərimizin hamısı bayrağımıza yüksək ehtiram bəsləyir. Biz  müstəqilliyimizin  qədrini  bilməli, onu qoruyub  inkişaf  etdirməliyik.

Tədbirdə Naxçıvan Tibb Kollecinin müəllimləri Pakizə Babayeva və Rəna Vəliyeva çıxış edərək diqqətə çatdırmışlar ki, Bayraq - bir ölkənin dövlət rəmzi olub, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə  salınan dövlət  atributudur.  Bayrağın  üzərindəki  hər rəng və simvol bir məna daşıyır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə  etdiyi  üç  təməl  prinsipini təşkil edən “Türkçülük, islamçılıq  və  müasirlik”  düsturunun  müəllifi   görkəmli  Azərbaycan  mütəfəkkiri  Əli  Bəy Hüseynzadədir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmiş,  Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qəraralar alınmışdır. Azərbaycan  Respublikasının  dövlət  bayrağından  istifadə   müstəqil  Azərbaycan Respublikası     Konstitusiyasının     23-cü    və    75-ci    maddələri,   “Azərbaycan Respublikasnın  Dövlət  bayrağı  haqqında”  Azərbaycan  Respublikasının Qanunu, eləcə də,  həmin  Qanunla  təsdiq  edilmiş   “ Azərbaycan  Respublikasının  Dövlət bayrağı  haqqında  Əsasnamə”  əsasında  tənzimlənir.  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham   Əliyev Azərbaycanda Dövlət  Bayrağı  Gününün elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər  il  9 noyabr Azərbaycanda  Dövlət Bayrağı Günü kimi qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam böyük tarixi əhəmiyyətə malikdir.Həmin ilin noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin istifadəyə verilməsi dövlət atributları təbliği istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Muxtar respublika rəhbərinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

     Tədbirin sonunda Naxçıvan Tibb Kollecinin tələbəsi Aytac Mərdanlının hazırladığı video çarx izlənildi.

Tədbirdən sonra Naxçıvan Tibb Kollecinin müəllimi və tələbələri  Bayraq meydanına getmiş və Bayraq Muzeyinə baxış keçirmişlər.

 

 

 

 

 

Zərərli vərdişlər

    Naxçıvan Tibb Kollecində 39 mama qrupunun tələbələri zərərli vərdişlərin insan orqanizminə zərərli təsirində danışdı.Tədbirdə  Naxçıvan Tibb Kollecinin I kurs tələbələri və müəllim kollektivi iştirak etdi.

 Tədbirdə kollecin direktou Sona Məmmədova çıxış edərək dedi: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclər siyasətinin əsas istiqamətlərində biri gənclərin mənəvi-əxlaqi tərbiyəsi və gənclərin sağlamlığının qorunmasıdır.

        Zərərli vərdişlər kimi  xarakterizə olunan tütün , alkaqol , toksiki maddələrin istifadəsi onu istifadə edən fərdin orqanizminə həmdə bütövlükdə cəmiyyətə ziyan vurur.

        Tədbirdə  39 mama qrupunun tələblərindən  Şahhüseynova Nərmin, Paşayeva Nuray , Cəfərova Sara  fəal iştiraklarına  görə  diplomla  təltif olundu.

     Tədbirin sonunda  tələbələrin hazırladığı video çarx izlənildi.

     

 

                                                                         
   

Naxçıvan Tibb Kollecində I kurs tələbələrlə maarifləndirici söhbət aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Azadə Cəfərova,  Tibb Kollecinin  bütün ixtisasları üzrə 1-ci kurs tələbələri ilə “Məişətdə qaz təsərrüfatı və elektrik cihazlarından təhlükəsiz istifadə qaydaları” mövzusundamaarifləndirici söhbət aparmışdır.

           Maarifləndirici söhbətin aparılmasında əsas məqsəd valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydalarını öyrətmək olmuşdur.

           Tədbiri giriş sözü ilə açan Tibb Kollecinin direktoru Sona Məmmədova müstəqil həyata qədəm qoyan gənc tələbərimizlə bu cür söhbətlərin aparılmasının əhəmiyyətindən danışmış və Fövqəladə Hallar Nazirliyinin əməkdaşına gənc tələbələr və Tibb Kollecinin çoxsaylı kollektivi adından minnətdarlığını bildirmiş, bu cür maarifləndirici söhbətlərin mütəmadi olaraq davam etdirməsinin vacibliyini vurğulamışdır.

           Sonra dövlət qulluqçusu Azadə Cəfərova  mövsümlə əlaqədar olaraq  payız-qış mövsümündə qaz cihazlarının düzgün seçilməsi, quraşdırılması, istifadəsi və istismarı qaydalarının əhəmiyyətini slaydlar vasitəsilə əyani olaraq göstərmiş, xüsusən kirayədə yaşayan tələbələrin bu sahədə daha da diqqətli olmalarını onların nəzərinə çatdırmışdır.

Tədbir kollec rəhbərliyi və tələbələr tərəfindən rəğbətlə qarşılanmış, verilən töhfələr lazımınca qiymətləndirilmişdir.

Sonda iştirakçılara mövzu ilə bağlı videoçarxlar təqdim olunmuş və verilən suallar ətraflı şəkildə cavablandırılmışdır.

   

"Poliqon" Strateji intellektual oyunu

19.X.2018-ci tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq gənclər arasında muxtar respublikada ilk dəfə olaraq "Poliqon" Strateji İntellekt Oyunu keçirilmişdir.

Bizi sosial şəbəkələrdə izləyin