21 noyabr 2020-ci il tarixdə "Muzey Günləri" çərçivəsində Naxçıvan Tibb Kollecinin kollektivi "Heydər Əliyev" myzeyində olmuşdular.
17 noyabr - Naxçıvan Dövlət Bayrağı
Tədbiri giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, 17 noyabr 1990-cı ildə ulu öndərimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlətçiliyimizin, müstəqilliyimizin bərpası üçün çox mühüm qərarlar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Həmçinin qeyd edilmişdir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş tarixi torpaqlarımızı düşmən tapdağından azad etmiş, üçrəngli bayrağımızı torpaqlarımızda dalğalandırmışdır.
Sonra kollecin müəllimi Aynur Sevdimalıyeva “Zəfər sevincimiz dövlət-xalq birliyinin təcəssümüdür” mövzusunda çıxış etmiş, kollecin tələbələri “Azərbaycan bayrağı” və “Qarabağa qayıdıram” şeirlərini səsləndirmişlər.
Tədbirin sonunda şəhid olmuş qəhrəmanlarımızdan bəhs edən videoçarx izlənilmiş, tədbirdə iştirak edən bir qrup müəllim və tələbə heyəti “Bayraq Muzeyini” ziyarət etmişlər.
Şəkərli Diabet
13.11.2020 –ci il tarixdə Naxçıvan Tibb Kollecində “14 noyabr Ümumdünya Diabet günüdür” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən şəkərli diabet "ağır xroniki xəstəlik" kimi səciyyələndirib və 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər. Qətnamə BMT-yə üzv dövlətləri bu günü təsdiq etməyə, həmçinin bütün millətləri diabetin qarşısını almaq və müalicə etmək üçün milli siyasət oriyentasiyasını hazırlamağa dəvət edir. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Bu tarix hər il məşhur Kanada fizioloqu Frederik Bantinqin doğum günündə qeyd olunur. Frederik Bantinq professor Con Makleodla birlikdə insulin hormonunu kəşf edib və həmin kəşfə görə Nobel mükafatına layiq görülüb. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığı artırmaq və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdır. Həmçinin bu günün qeyd edilməsi ictimaiyyətin diqqətini dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayılan diabetə yönəltməyə və onun qarşısını almaq istiqamətində səyləri birləşdirməyə şərait yaradır. Diabetə qarşı görülən işlərin hüquqi bazası olaraq “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı”ı təsdiq edilib.
Qeyd etmişdir ki, milyonlarla insanı bir yerə toplayan Ümumdünya Diabet günü 160-dan çox ölkə ilə yanaşı, muxtar respublikada da qeyd edilir. Diabet xəstəliyi ilə əlaqədar muxtar respublikada mühüm işlər görülür. Belə ki, diabetli xəstələr qlükometr aparatı, testlər və müvafiq şəkərsalıcı preparatlarla təmin edilir. Diabetli xəstələrə kömək məqsədi ilə həyata keçirilən Dövlət proqramları çərçivəsində hər il belə xəstələrə dərmanların pulsuz verilməsi üçün büdcədən xeyli miqdarda vəsait ayrılır.
Sonra Naxçıvan Tibb Kollecinin şöbə müdiri Sahibə Quliyeva çıxış edərək şəkərli diabetin tipləri,uşaqlarda şəkərli diabetin xüsusiyyətləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verimişdir.
Sonda Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova “Şəkərli diabetin ağırlaşmaları və müalicəsi” mövzusunda çıxış etmişdir.
Tədbirin sonunda müzakirələr aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır
Bayraq Günü
06 noyabr 2020-ci il tarixdə Naxçıvan Tibb Kolecində Bayraq günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə kollecin direktoru, müəllim və tələbə kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə kollecin direktoru S.Məmmədova açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
O , qeyd etmişdir ki, Ali Məclisin 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün tarixi qərarlar qəbul edildi. Ulu öndər bu barədə demişdir: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Bu gün hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Bu gün qədim diyarın sakinləri noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə ulu öndərimizə, bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini və Heydər Əliyev yoluna sədaqətlərini ifadə edirlər
Sonra Naxçıvan Tibb Kollecinin müəllimi Pakizə Babayeva “ Bayraq gününün əzəmətli tarixi”mövzusunda çıxış etmiş , kollecin tələbəsi Leylan Cəfərova “Bayraq” şeirini səsləndirmişdir.
Tədbirin sonunda videoçarx izlənildi.
Təhsil müəssisələrində yanğın təhlükəsizliyi
26.10.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində “Təhsil müəssisələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, qış mövsümü dövründə yaşayış evlərində qaz və elektrik cihazlarından isifadə zamanı təhlükəsizlik qaydlarına əməl olunmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru , müəllim və texniki işçiləri iştirak etmişdir.
Tədbirin əsas məqsədi aşağıdakılardır:
Təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış qaydaları, insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi qaydlarını öyrətmək.
Təhsil müəssisələrinə məxsus inzibati binalara, qazanxana və xidməti orqanlarına olan yanğın təhlükəsizliyi tələbləri , eləcədə yaradılan könüllü yanğın dəstəsinin fəaliyyəti, ilkin yanğınsöndürmə vasitələrinin istismarı və iş prinsipi haqqında iştirakçılara məlumat vermək.
Təbii qazdan istifadə zamanı texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması məqsədi ilə məlumatlar vermək.
Qış mövsümü dövründə yaşayış sahələrində qaz və elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək.
Daşınmaz əmlakın icbari siğortası və daşınmaz əmlakın mülki məsuliyyətinin siğortası ilə bağlı tədbir iştirakçılarına məlumat vermək.
Mövsümə uyğun dövrlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, yaşayış sahələrində baş verən yanğın hadisələrinin səbəbləri, əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi haqqında iştirakçılara məlumat vermək.
Tədbiri giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova açaraq bu cür maarifləndirici tədbirlərin keçirilməsi təhsil müəssisələrində çalışan müəllimlər, texniki işçilər və eləcədə təhsil alan tələbələr üçün vacib olduğunu vurğulamış və təhsil ocağında yanğın təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi vəzifəsinin icraçısı daxili xidmət mayoru Hasil Məmmədov “Təhsil müəssisələrində fövqaladə hallara hazırlığın vəziyyəti və yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, yaşayış evlərində qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlər” mövzusunda, Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin , yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti daxili xidmət kapitanı Turan Şahhüseynov “Yaşayış evlərində məişət elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarında diqqət yetirilməlidir həmçinin Fövqaladə Hallar Nazirliyinin 101 və 112 xidmətləri haqqında məlumat vermək” mövzusunda çıxış etmişlər.
Tədbirin sonunda Tədbir müddətində iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilmiş, “Yanğın təhlükəsizliyi və qaz cihazlarından istifadə qaydaları” ilə bağlı videoçarx və slaydlar təqdim olunmuşdur.
Payız - qış mövsümü ilə bağlı Maarifləndirici Tədbir
20.10.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində payız –qış mövsümünə hazırlıqla bağlı “Təhsil müəssisələrində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru , müəllim və texniki işçiləri iştirak etmişdir.
Tədbirin əsas məqsədi aşağıdakılardır:
Naxçıvan Tibb Kollecində mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar barədə müəllim heyətinə ətraflı məlumat vermək.
Kollecin daimi heyətinin və tələbələrin fövqəladə hallara hazırlanması üzrə tədbirlərin təşkili və keçirilməsi ilə bağlı müəllimlərə köməklik göstərmək.
Fövqalədə hallar zamanı mühafizə üsulları, ilk yardım və qarşılıqlı yardım məsələləri ilə bağlı müəllim heyətinə təcrübə qazandırmaq.
Təhsil müəssilərində yanğın təhlükəsizliyi və dəm qazından mühafizə məsələləri ilə bağlı müəyyən olunmuş qaydalara əməl olunması üzrə vəzifəli şəxslərin və işçilərin məsuliyyətini artırmaq.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatının mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Qasımov Emin İsrafil oğlu “Təhsil müəssisələrinin daimi heyətinin və şağirdlərin fövqəladə hallardan qorunması ilə bağlı müəyyən edilmiş qaydalar” , Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatının mülki müsdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi dövlət qulluqçusu Cəfərova Azadə Bəhlul qızı “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tələblərinə əməl olmalıdır. Dəm qazı ilə zəhərlənmə zamanı davranış və fəaliyyət qaydalarını hamı bilməlidir” mövzusunda çıxış etdilər.
2019/2020-ci tədris ili II yarısının yekun hesabat iclası
28.07.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Tibb Kollecinin 2019/2020-ci tədris ili II yarısının yekun hesabat iclası keçirilmişdir. İclasda giriş sözü ilə çıxış edən kollecin direktoru Sona Məmmədova bildirmişdir ki, elmə, təhsilə dövlət qayğısının təməlini qoymuş ümumilli liderimizin şərəfli yolu bu gün muxtar respublika rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən dövlət proqramları çərçivəsində muxtar respublikada ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənmiş, təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılmışdır. Muxtar respublikada yeni məktəblərin tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin artırılması, yüksək bal toplayan, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olan şagirdlərin sayının artması, ali və orta ixtisas təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, təhsil sahəsinin prioritet istiqamət elan edilməsi, muxtar respublikada təhsil həyatının yüksəlişi muxtar respublika rəhbərliyinin çoxcəhətli fəaliyyətinin nəticəsidir.
Qeyd edilmişdir ki, dövlət tərəfindən kollecə göstərilən diqqət və qayğının nəticəsidir ki, son iyirmi ildə kollecdə orta ixtisaslı kadrların hazırlanması artıq 8 ixtisas üzrə aparılır.
O, bildirmişdir ki, Naxçıvan Tibb Kollecinin pedoqoji kollektivi bundan sonrada verilmiş tapşırıqları rəhbər tutaraq tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, fənn laboratoriyalarından və informasiya texnologiyalarından səmərəli istifadə olunmalıdır. Bədən tərbiyəsi dərsləri keyfiyyətlə keçirilməli, Azərbaycan tarixi və mədəniyyətilə bağlı dərslərin təşkilində muzeylərlə əlaqədən səmərəli istifadə olunmalıdır. Tədris və istehsalat təcrübələrinin keçirilməsində bazalardan səmərəli istifadə etməklə tibb müəssisələrinə ixtisaslı kadrlar hazırlamalı, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə ixtisasartırma kurslarının aparılmasına diqqət artırımalıdır. Kollecdə sanitar –gigiyenik qaydalara əməl edilməli, yerli məhsulların satılmasına üstünlük verilməlidir, əmək intizamı diqqətdə saxlanmalı, müəllimllərin dərsə hazırlıq vəziyyətinə, tələbələrin dərsə davamiyyətinə və geyim formasına ciddi nəzarət edilməli, kitabxananın işi günün tələbləri səviyyəsində aparılmalı, kollecin maddi-texniki bazası qorunmalı və ondan səmərəli istifadə olunmalıdır.Məqsədimiz yüksək ixtisaslı, yüksək ixtisaslı, peşəkar, insanların sağlamlığının keşiyində layiqincə dayanan, vicdanlı və məsuliyyətli kadrlar hazırlamaqdır.
Sonra Tibb bacısı işi, Əczaçılıq işi, Hərbi feldşer, İdman və müalicə massajı işi şöbəsinin müdiri Quliyeva Sahibə və Müalicə işi, Mamalıq işi, Ortopedik Stomatologiya işi, Laboratoriya diaqnostikası şöbəsinin müdiri Məmmədova Vəfa yekun hesabatla çıxış etmişlər.
1 mart Ümumdünya Mülki Müdafiə günü
27.02.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Azadə Cəfərova tələblərlə görüş keçirmiş “1 mart Ümumdünya Mülki müdafiə günüdür” mövzusunda çıxış etmişdir. Çıxışında Fövqalədə Hallar Nazirliyinin əhəmiyyətindən bəhs etmişdir.
Bildirmişdir ki, Təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir. Həmçinin o, rəhbərliyin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmadi olaraq lazimi tədbirlər görüldüyünü vurğulamışdır.
O qeyd etmişdir ki, bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.
Xocalı faciəsi
26.02.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində Xocalı soyqrımına həsr olunmuş tədbir keçirilmiş, və soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə kollecin direktoru Sona Məmmədova açaraq bildirmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının haqqında qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
O həmçinin bildirmişdir ki, 1992-ci ilin 25-dən 26-na keçən fevral gecəsi Ermənistan Silahlı qüvvələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırım nəticəsində yüzlərlə xocalılı sakinləri həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. . Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.
Sonra Naxçıvan Tibb Kollecinin müəllimləri Rəna Vəliyeva “Azərbaycan tarixinin qara səhifəsi -Xocalı faciəsi” , Pakizə Babayeva ”Xocalı faciyəsini unutmayaq !”
mövzusunda çıxış etmiş, kollecin tələbəsi Dövlətova Xədicə ”Xocalı” şeirini səsləndirmişdir.
Tədbir sonunda tələbələr və müəllimlər tələbələrin əl işlərindən hazırlanmış sərgiyə baxmışlar.
"Naxçıvandan Dünyaya" sosial çarx və qısa filmlər müsabiqəsi
11.02.2020-ci ildə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsi keçirilmişdir. Gənc istedadların axtarışı və onların üzə çıxarılması, aşkar edilmiş istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, qədim Naxçıvan diyarının görkəmli şəxsiyyətlərinin, xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, ümumbəşəri dəyərlərinin, həmçinin müstəqillik illərində muxtar respublikasının inkişafının, müasir tərəqqisinin təbliğ edilməsi məqsədilə keçirilən müsabiqədə Naxçıvan Tibb Kollecinin tələbəsi Asim Quliyev birinci yerə layiq görülmüşdür.