Gənclər Günü

31 yanvar  2020-ci il tarixdə “Duzdağ” otelində “2 fevral – Gənclər Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında  və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə Naxçıvan Tibb Kollecinin tələbəsi Cabir Cabbarov  təltif olunmuşdur.

20 Yanvar

17.01.2020-ci il tarixdə Naxçıvan Tibb Kollecində “20 Yanvar” günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri,  kollecin müəllim və tələbə heyəti şəhidləri bir dəqiqəlik sükutla yad edərək başlamışdır.

          Tədbirdə  giriş sözü  ilə çıxış edən kollecin direktoru Sona Məmmədova bildirmişdir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanı n təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görülməmiş faciəyə gətirib çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 

Həmçinin o, qeyd etmişdir ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Həmin dəhşətli gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.

Sonra kollecin müəllimi Rəna Mahmudova “20 Yanvar faciəsi” , Nərmin Mahmudova “20 Yanvar – Ümumxalq Hüzn Günü” mövzusunda çıxış etmiş, kollecin tələbəsi Leylan Cəfərova “20 Yanvar” şeirini səsləndirmişdir.

Tədbirin sonunda kollecin müəllim və tələbə heyəti “20 Yanvar”  günü üçün həsr olunmuş guşəyə  baxmışlar.

31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü

27 dekabr 2019-cu il tarixdə “Duzdağ” otelində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənə istedadlı yeniyetmə və gənclərin mükafatlandırma mərasimi keçirilmişdir.  Tədbirdə  Naxçıvan Tibb Kollecindən bir qrup tələbə iştirak etmiş, Eldar Bayramov isə “Əlaçı Tələbə” nominasiyası üzrə təltif olunmuşdur.

Körpələr Evi

27.12.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecinin müəllim və tələbə heyəti Naxçıvan Muxtar Respublikası Körpələr Evində “Dünya Azərbaycanlıların həmrəyliyi günü və Yeni  il” münasibəti ilə  könüllü ziyarətə getmişlər. Tələbələr körpələr üçün əyləncəli proqram hazırlamış və onları bayram münasibəti ilə hədiyyələrlə təbrik etmişlər.

Ahıllar Evi

25.12.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecinin müəllim və tələbə heyəti Naxçıvan Muxtar Respublikası Şahbuz rayon Ahıllar Evində “Dünya Azərbaycanlıların həmrəyliyi günü və Yeni  il” münasibəti ilə  könüllü ziyarətə getmişlər. Tələbələr ahıllar üçün əyləncəli proqram hazırlamış və onları bayram münasibəti ilə hədiyyələrlə təbrik etmişlər.

   

Ankara

          

          24 noyabr - 22 dekabr  2019-cu il  tarixdə Naxçıvan  Tibb  Kollecindən 1 aylıq təcrübə mübadiləsi  üçün Türkiyə  Respublikasının  Ankara  şəhərində  yerləşən Zeynep Salih Alp Mesleki və Teknik Anadolu Lisesinə  2  müəllim və 10 tələbədən ibarət heyyət göndərilmişdir. Heyyətimiz Ankara şəhərində  yerləşən Yenimahalle Yıldırım Beyazit Eğitim və Araşdırma  xəstəxanasına təhkim olunmuşdur.  Xəstəxanada müəllim və tələbələrin şöbələr üzrə bölgüsü aparılmışdır. Tələbələr daxıli xəstəliklər, yoluxucu xəstəliklər, təcili təxirəsalınmaz yardım, endoskopiya, döş qəfəsi xəstəlikləri, cerrahiyye, kadın doğum servisi, doğum şöbəsi və uşaq bölməsində təcrübə keçmişlər.  Tələbələr xəstələrin qeydiyata alınması, yataq xəstələrinə qulluq,  xəstələrin əməliyata hazırlanması, əməliyyatdan sonra xəstəyə qulluq, gündəlik təyinatların yerinə yetirilməsi, xəstələrə müxtəlif tibbi manipulyasiyaların aparılması, endoskopiya bölməsində xəstələrin müayinəyə hazırlamnası qaydalarını öyrənmişlər.Tələbələr müxtəlif xəstəliklərlə tanış olmuş, xəstəliklərə uyğun olaraq müxtəlif qulluq qaydalarını öyrənmişlər.

 

 

Startap-layihələri

Naxçıvan Tibb Kollecində təhsil alan tələbələrin “Startap Naxçıvan” hərakatı və “Startup.nakhchivan.az” portalı ilə tanış edilməsi məqsədi ilə işçi qrup yaradılmışdır. İşçi qrup 20 dekabr 2019-cu il tarixində 200 tələbə ilə görüş keçirmiş və “Startup.nakhchivan.az” portalından istifadə qaydaları ilə tələbələri tanış etmişdir.

Tələbələrin “Startup.nakhchivan.az” portalı ilə  tanış edilməsi  davam etdiriləcəkdir.

 

"TGT CUP" intellektual oyunu

 

18.12.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində  Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə  gənclərin intellektual  inkişafına nail olmaq, bilik və bacarıqlarının, eləcə də elmə, təhsilə marağın artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında  “TGT CUP” adlı intellektual oyunun  seçim  mərhələsi  keçirilmişdir.

Naxçıvan Tibb Kollecində  keçirilən seçim mərhələsində kollecin  6 nəfər olmaqla 8 komandası iştirak etmişdir. 3 komanda final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

 

 

15-ci Yubiley Seminarı

 

14 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Müasir Stomatologiyada modernləşməyə gedən yollar” mövzusunda 15-ci Yubiley seminarı keçirilmişdir. Seminarda  kollecin müəllim və “Ortopedik stomatologiyaˮ ixtisasının tələbələri iştirak etmişdir.

    Seminarın  açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, muxtar respublikada səhiyyə sahəsinin inkişafı daim diqqət mərkəzində saxlanılır.  Naxçıvanda belə konfransların keçirilməsinin artıq ənənə halı aldığını bildirən nazir qeyd edib ki, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən yüksəkixtisaslı həkimlərin muxtar respublikaya dəvət olunması, onların həkimlərlə fikir mübadiləsi və birgə cərrahi əməliyyatların aparılması təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir. Çıxışının sonunda nazir konfransın işinə uğurlar arzulayıb.

   Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi Naxçıvan Muxtar Respublikasında təhsilin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə təkan verir.

     Sonra t.ü.f.d. Cabbar Həsənov “Müasir stomatologiyada implantologiyanın yeri və rolu”, Dr.Vüsal Tahirov “ Stomatoloji binokularlar-gündəlik praktikada vacibliyi”, Dr.Vüqar Pənahov “Diastema bağlanmasının restorativ həll yolu”, Dr. Mehdi  Qasımov “Endodontiyada irriqasiya, irriqant mayelər və onların təsir effektləri”, Dr .Cahid Məmmədov “Retension ağıl dişlərinə müasir yanaşma”, t.ü.f.d. Hüseyn Hüseynzadə “İmplantiyasiyada “All  on four” texnikası”, t.ü.f.d . Elçin Abbasov “İmplant dəstəkli çıxan və hibrid protezlər”, Rəşad Xəlilov “Ortodontik anomaliyaların müalicəsində mikroimplantların tətbiqi. Köpək və azı dişlərinin distalizasiyası”, Dr.Vüqar Qasımov “Kompressiv və pteriqoid implantların sonsuz imkanları” mövzularında  çıxış etmişlər.

   Sonra içtirakçıların verdiyi suallar cavablandırlmışdır.

   Seminarın sonunda həkim-stomatoloqlar seminarın keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirmişlər.

12 dekabr -Ümumilliliderin Anın Günü

11 dekabr 2019-cu il tarixdə  Naxçıvan  Tibb  Kollecində   “12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri,  kollecin müəllim və tələbə heyəti ümummilli lider, ulu öndər Heydər Əliyevi bir dəqiqəlik sükutla yad edərək başlamışdır.

Tədbirdə  giriş sözü  ilə çıxış edən kollecin direktoru Sona Məmmədova bildirmişdir ki, dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.  O, öz çıxışında  bildirmişdir ki,  bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixində  taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı olmuşdur. Həmçinin qeyd etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

    Sonra kollecin müəllimi Rəna Mahmudova “Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxış etmiş, kollecin tələbəsi  Leylan Cəfərova  şeirini səsləndirmişdir.

    Tədbirin sonunda ümummilli lider, ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx izlənilmişdir.

 

 

Bizi sosial şəbəkələrdə izləyin