Hüquq yarışması

10 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri  arasında 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar olaraq keçirilən bilik yarışında Naxçıvan Tibb Kollecinin komandası I yerə layiq görülmüşdür.

Məlumatlandırıcı tədbir

     10 dekabr 2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində  Naxçıvan Dövlət Uşaq Teatrının direktoru Tofiq Seyidov və Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif  Seyidov kollecin tələbələri ilə məlumatlandırıcı  tədbir keçirmişdir. Tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə keçiriləcək “Naxçıvandan Dünyaya”  sosial çarx və qısa filmlər müsabiqəsi ilə bağlı keçirilmişdir. Tələbələr müsabiqəyə təqdim ediləcək sosial çarxların və qısa filmlərin mövzusu və müsabiqənin şərtləri ilə tanış edilmişlər.Qeyd olunmuşdur ki,  müsabiqəyə  təqdim ediləcək sosial çarxların və qısa filmlərin məzmunu aşağıdakılardır:

  1. Naxçıvan diyarının yetişdirdiyi tarixi şəxsiyyətlərin, sənətkarların həyatı və onların yaradıcılığı;
  2. Xalq yaradıcılığı - əcdadlarımızın yaradıcılıq irsi;
  3. “Musiqi ruhun qidasıdır”;
  4. “Qüvvət elmdədir”;
  5. “Sevgi dünyanı xilas edəcək”;
  6. Müasir Naxçıvanın inkişafında gənclərin rolu;
  7. Qədim diyar Naxçıvanın müasirləşən gəncliyi;
  8. Cəmiyyət və din. Tolerantlıq;
  9. Yüksək mənəvi-əxlaqi dəyərlər;
  10. Vətənə məhəbbət;
  11. Nuhçıxandan –Naxçıvana tarix və müasirlik

     Həmin sosial çarx  və filmlər müsabiqəyə  15.11.2019-30.01.2019 tarixədək təqdim olunmalıdır. Qaliblərin mükafatlandırılması 11 fevral 2020-ci il tarixdə keçiriləcəkdir.

          Diskusiya şəklində keçirilmiş tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Yol Hərəkəti haqqında maarifləndirici tədbir

09 dekabr 2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru polis baş leytenantı Ayaz İsmayılov kollecin 1-ci kurs tələbələri arasında yol-nəqliyyat təhlükəsizliyi mövzuları üzrə maaridləndirici tədbir keçirmiş, Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının qanununun geniş izahını vermişdir.

Tədbirin sonunda tələbələrin sualları cavbalandırılmışdır.

 

 

Elmi-praktik konfrans

07 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanasının akt zalında “Kardiologiya və somatik xəstəliklərin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Kollecin müəllim və tələbə kollektivi iştirak etmişdir.

     Konfransın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, muxtar respublikada səhiyyə sahəsinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Nazir vurğulayıb ki, muxtar respublikadakı yüksəkixtisaslı həkimlər angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı və bir çox müasir aparatlarla xəstələrə xidmət edir, müstəqil şəkildə açıq ürək, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları yerinə yetirirlər

    Nazir belə konfransların Naxçıvanda keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Qeyd edib ki, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən yüksəkixtisaslı həkimlərin muxtar respublikaya dəvət olunması, onların buradakı həkimlərlə fikir mübadiləsi və birgə cərrahi əməliyyatlar aparması təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli məsələdir. Niyazi Novruzov qeyd edib ki, yerli həkimlərin xarici ölkələrdə ixtisasartırma kurslarına göndərilməsi və onların vətənə qayıdaraq əhalinin sağlamlığının keşiyində dayanması tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir. Çıxışının sonunda nazir konfransın işinə uğurlar arzulayıb.

   Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, təhsil və səhiyyə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qeyd edib ki, son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi Naxçıvan Muxtar Respublikasında təhsilin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə təkan verir.

     Tədbirdə çıxış edən Rusiya Səhiyyə Nazirliyi Dövlət Elmi Tədqiqat Profilaktik Tibb Mərkəzinin professoru Mehman Məmmədov Naxçıvanda bu konfransın keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Mehman Məmmədov belə konfransların kardioloqlar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

      Azərbaycan Respublikasının baş kardioloqu Yusif Nağıyev konfransın əhəmiyyətindən danışıb, təşkilatçılara təşəkkürünü bildirib.

   Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Təcili tibbi yardım kursu

Naxçıvan Tibb Kollecində  25.11.2019-cu il tarixdən  “Təcili və təxirəsalınmaz tibbi yardım”  üzrə 18 günlük nəzəri və praktik təcrübə kursu keçirilir. Təcrübə kursunda Naxçıvan Muxtar  Respublika Xəstəxanası, “Naxçıvan Diaqnostika Müalicə  Mərkəzi” publ  ik  hüquqi şəxsi, Ə.Əliyev adına Naxçıvan  Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası, “Şahbuz  rayon Mərkəzi  Xəstəxanası” publik hüquqi şəxsi, Naxçıvan  Muxtar Respublikası  Babək,  Ordubad,  Kəngərli  rayon  Mərkəzi Xəstəxanaları  və tabeliyində olan tibb müəssisələrində çalışan 24 nəfər və Sədərək Gömrük İdarəsi Sədərək Gömrük Postunda çalışan 3 nəfər təcili tibbi yardım feldşer və sürücüləri iştirak edir.  Təcrübə kursu həkim Ə. Məmmədli tərəfindən  tədris olunur.

 

 

Tibb işçilərinin etik davranış qaydaları

 

29.11.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikasının  Səhiyyə Nazirliyi  12 iyul 2019-cu il  №257 saylı “Tibb işçilərinin etik davranış qaydaları haqqında” kı əmrinə əsasən Naxçıvan Tibb Kollecində yaradılan etik komissiya tədbir keçirmiş, tədbirdə əmr oxunmuş və tibbi deontologiya haqqında tələblər məlumatlandırlmışdır.

1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

 

29.11.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində  “1 dekabr Ümümdünya QİÇSlə mübarizə Günüdür” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbir giriş sözü ilə kollecin direktoru S.Məmmədova çıxış edərək bildirmişdir ki, Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. QİÇS-lə Mübarizə Gününün məqsədi dünya ictimaiyyətinin diqqətini bu problemin həllinə cəlb etməkdən, insanları maarifləndirməkdən ibarətdir. XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu, adından da göründüyü kimi, insanla doğulan, insana xas xəstəliklərdən deyil.

Qeyd etmişdir ki, Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə çalışır, həmin bəlaya qarşı qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər birliklərinin səylərini birləşdirməyə çalışır. Məqsəd isə aydındır: insanları başa salmaq, maarifləndirmək yolu ilə onları daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, daha çox qurulan və gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini, eşqini gücləndirməkdir. Bu yolda hər bir vətəndaş dövlətin, dövlət isə öz vətəndaşının yanında olmalıdır - istər xəstə olsun, istər sağlam.

Sonra Kollecin müəlliməsi C.Sevdimalıyeva “İmmun sitemi haqqında ümumi məlumat” və L.Vəliyeva “HİV virusu haqqında məlumat və qorunma yolları” mövzularında videoçarxlarla çıxış etmişlər.

 

Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı.

 

Tir növü üzrə birincilik

28 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında atıcılığın "TİR" növü üzrə keçirilən muxtar respublika birinciliyində Naxçıvan Tibb Kolleci ikinci yerə layiq görülmüşdür.

 

Poliqon

27 noyabr 2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində "Naxçıvan Muxtar Respublikası-95" devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Poliqon" Strateji İntellekt Oyunu üzrə III Universiada keçirilmişdir.

Rəqs müsabiqəsi

27 noyabr 2019-cu il tarixdə  2019-cu ilin oktyabr-noyabr aylarında "Ritmi hiss et. Sən də qatıl" rəqs müsabiqəsinin yekun konserti keçirilmişdir. Konsertdə Naxçıvan Tibb Kollecinin "Şərq Ulduzları" komandası "En yaxşı kollektiv" nominasiyası üzrə təltif olunmuşdur.

 

 

 

 

 

 

Bizi sosial şəbəkələrdə izləyin