Aksiya

"9 noyabr - Dövlət Bayrağı Günü" ilə əlaqədar 5 noyabr 2019-cu il tarixdə Naxçıvan şəhəri ətrafında yerləşən "Gənclər bağı"nda gənclərin iştirakı ilə yaşıllıqlara qulluq aksiyası keçirilmiş, aksiyada Naxçıvan Tibb Kollecindən 12 nəfər tələbə iştirak etmişdir.

Şeir müsabiqəsi

25.10.2019-cu ildə saat 1000-da  Naxçıvan Tibb Kollecinin iclas zalında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi illə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bədii qiraət üzrə şeir müsabiqəsi keçirilmşdir.i Müsabiqədə münsiflər heyəti, Yazıçılar Birliyinin üzvləri və Gənclər və İdman Nazitliyinin nümayaəndələri iştirak etmişdir. Müasbiqənin sonunda yer tutan tələbələr diplom və hədiyyələrlə təltif olunmuşlar.

Maarifləndirici tədbir

08 oktyabr 2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici keçirilmiş,  tədbirdə Naxçıvan Tibb Kollecinin müəllimləri və  1-ci kurs tələbələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə kollecin direktoru S.Məmmədova açaraq bildirmişdir ki, tədbirin əsas məqsədi Naxçıvan Tibb Kollecində mülki müdafiə hazırlığının təşkilinə və tədbirlərin keçirilməsinə diqqəti artırmaq, kollecin vəzifəli şəxsləri tərəfindən mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması sahəsində müəyyən olunmuş qaydaların yerinə yetirilməsinə nail olmaq, kollecin xüsusilə 1-ci kurs tələbələrinə və müəlllimlərinə fövqəladə hallar zamanı ilk yardım və qarşılıqlı yardım məsələləri, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə məlumat verilməsidir.

          Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi dövlət qulluqçusu Cəfarova Azadə Bəhlul qızı "Orta ixtisas məktəblərində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə dərslərinin keçirilməsinə qoyulan müasir tələblər, fövqaladə hallara hazırlığın əsas predmentləri" mövzusunda tələbələri məlumatlandırmışdır.

          Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi dövlət qulluqçusu Qafarov Əbülfəz Rəhim oğlu "Kolleclərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi, dəm qazı və onlardan qorunma yolları" mövzusunda çıxış etmişdir.

Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı və tədbirə aid slaydlar və videomateriallar təqdim edilmişdir.

Beynəlxalq Həkim Günü

              07.10 2019- cu il tarixdə Naxçıvan Tibb Kollecində “Beynəlxalq Həkim Günü” ilə əlaqədar tədbir keşirilmiş,  tədbirdə kollecinin müəllim və tələbə kollektivi iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan kollecin direktoru S.Məmmədova çıxış edərək bildirmişdir ki, hər il oktyabr ayının birinci həftəsinin birinci günü dünyanın bir çox ölkələrində “Beynəlxalq həkim günü” kimi qeyd olunur. Bu gün dünya həkimlərinin həmrəylik və aktiv fəaliyyətlər günü hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi-humanitar təşkilatı bu bayramın təşəbbüskarları kimi çıxış etmişlər. S. Məmmədova qeyd etmişdir ki,  “Beynəlxalq həkim günü” muxtar respublikamızda da qeyd olunur və  muxtar respublikanın fəxr etdiyi sosial sahələrdən biri də onun qabaqcıl səhiyyəsidir. Bu gün muxtar respublika səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki,  səhiyyə sistemindəki köklü dəyişikliklər göz önündədir. Muxtar respublikanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə müasir tibb müəssisələri tikilib istifadəyə verilir, köhnə tibb ocaqları yenidən bərpa olunur, onların maddi-texniki bazası yenilənir, səhiyyə sistemi dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunur. İxtisaslı kadrların hazırlanması, əhali arasında yoluxucu xəstəliklərin profilaktikası, ana və uşaqların, ahıl vətəndaşların mühafizəsi prioritet məsələyə çevrilmişdir.  Bu illər ərzində yüzlərlə tibb ocağının inşası və ya yenidən qurulub istifadəyə verilməsi səhiyyə sisteminin inkişafına mühüm töhfələrdəndir. Bu, hər şeydən əvvəl dövlətin öz vətəndaşlarının sağlamlığının qeydinə qalması deməkdir.

           Sonra kollecin metodisti  S.Şahverdiyeva Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin  “Tibb işçilərinin etik davranış qaydaları haqqında”  12 iyul 2019-cu il tarixli 257 saylı əmri ilə müəllim və tələbələri məlumatlandırmışdır.

          Sonda kollecin müəllimi N.Səfərova “Tibbi deontologiya” mövzusunda çıxış etmişdir.

Yüngül Atletika

30 sentyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublika Stadionunda ali və orta ixtisas təhsil müəssisələrinin oğlan və qız tələbələri arasında yüngül atletikanın qaçış növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Yarışda Naxçıvan Tibb Kollecinin 12 nəfərdən ibarət komandası iştirak etmişdir. Tələbələrimizdən 2 nəfər 2-ci yerə, 4 nəfəri isə 3-cü yerə layiq görülmüşdür. Yer tutan tələbələrimiz müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırımışdır. İdmançı gənclərimizə uğurlar arzulayırıq.

İntellekt döyüş

24-27 sentyabr 2019-cu il tarixlərində Naxçıvan  Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkiltaının "intellekt döyüşü "  adlı müsabiqəsi keçirilmişdir.  Naxçıvan Tibb Kollecinin komandası üçüncü yeri tutmuşdur.Kollecimizin tələbə gənclər təşkilatına fəaliyyətlərində uğurlar arzulayırıq.

15 sentyabr - Bilik Günü

     Bu gün Naxçıvan Tibb Kollecində yeni dərs ilinin başlanması ilə bağlı tədbir keçirildi. Kollecin direktoru Sona Məmmədova yeni tədris ilinin başlaması münasibəti ilə müəllim və tələbə kollektivini təbrik etmiş, bildirmişdir ki, Naxçıvan Tibb Kolleci Muxtar Respublika rəhbərliyinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur. Qeyd etmişdir ki, Muxtar Respublikada orta ixtisaslı tibbi kadrların hazırlanması üçün hər bir şərait yaradılmışdır. Naxçıvan Tibb Kolleci 2018-ci ildə əsaslı yenidən qurularaq təmir edilmiş və ən müasir tibbi avadanlıqlarla təchiz edilmişdir.

      Sonra 2019-2020ci tədris ilində kollecə qəbul olmuş tələbələrin ixtisaslar üzrə bölgüsü aparılmış, tələbələr kolleclə tanış olmuşlar.

"Yallı festivalının" yekun konserti

27 iyun 2019-cu il tarixdə “Keçmişdən bugünə Naxçıvan yallıları” yallı müsabiqəsinin yekun konserti keçirilmiş tədbirdə Naxçıvan Tibb Kollecinin “Birlik” komandası iştirak etmiş, diplom və fəxri fərmanlarla təltif olunmuşdur

 

Təqdimat Mərasimi

21.06.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Naxçıvan Tibb Kolleci  birgə  29-30 may tarixlərində Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb olunmaqla “Təbii fəlakət rayonlarında, radioaktiv, kimyəvi və bioloji zədələnmə ocaqlarında xilasedicilərin və sanitar heyətlərin birgə fəaliyyətinin təşkili” mövzusunda keçirilən taktiki xüsusi təlimin  təqdimat mərasimi keçirildi.  Təlimdə xüsusi səy və bacarıq göstərən müəllim və tələbələr diplom və fəxri fərmanla təltif olundu.

18-iyun İnsan Hüquqları Günü

                                                                                           18 iyun İnsan Hüququları Günü münasibəti ilə 14.06.2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda orta ixtisas təhsil müəssisələri arasında bilik yarışması keçirilmiş, Naxçıvan Tibb Kollecinin "İbn-Sina" komandası ikinci yerə çıxmışdır.

Bizi sosial şəbəkələrdə izləyin