Startaplar ilə bağlı maarifləndirici tədbir

 

Naxçıvan Tibb Kollecində “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədən irəli gələn məsələlərə dair tədbir olub.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

      Naxçıvan Tibb Kollecinin müəllimi Leyla Vəliyeva qeyd edib ki, qarşıya qoyulan vəzifə muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır. Belə layihələrin həyata keçirilməsi nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını təcrübədə tətbiq edir və əldə etdikləri bilikləri digərləri ilə bölüşürlər.

Tədbirin sonunda startap lahiyələri haqqında videoçarx izlənib.

 

 

17 aprel - Ümumdünya Hemofiliya Günü

17.04.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində “Hemofiliya” mövzusunda elmi-praktik konfrans keçirilmiş, konfransda Naxçıvan Tibb Kollecinin direktoru,  müəllim -tələbə  heyəti iştirak etmişdir.

          Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova konfransı giriş sözü ilə açaraq, hemofiliya xəstəliyi haqqında slaydlarla ətraflı məlumat vermişdir. Konfransda  qeyd edilmişdir ki, Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə “Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı” haqqında Fərman imzalanıb. Bununla əlaqədar əhali arasında vaxtaşırı maarifləndirmə kampaniyası aparılır. Ölkəmizdə, o cümlədən muxtar respublikada uğurla həyata keçirilən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən vaxtaşırı təşkil edilən könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

 

 

 

7 aprel - Ümümdünya Sağlamlıq Günüdür

        08.04.2019-cu il tarixdə Naxçıvan Tibb Kollecində “7 aprel Ümumdünya Sağlamlıq Günü”nə həsr olunmuş konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Naxcıvan Tibb Kollecininm direktoru Sona Məmmədova açmışdır. Çıxış edərək bildirmişdir ki,  7 aprel Ümumdünya Sağlamlıq günüdür. 1948-ci ildə Birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək məqsədilə bu günün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Ümumdünya Sağlamlıq günü 1950-ci ildən başlayaraq hər il aprelin 7-də qeyd edilir. Həmin tarixi andan dünyanın 200-ə yaxın dövləti DST-nin üzvü olub. Dünya Sağlamlıq Günü münasibətilə tədbirlər insanların sağlamlığın çox böyük əhəmiyyət daşıdığını başa düşməsi üçün keçirilir. Dünya Sağlamlıq Günü hər il dünya səhiyyəsi qarşısında duran qlobal problemlərə həsr olunur və müxtəlif devizlər altında keçirilir. DST-nin Avropa Regional Komitəsinin sessiyasının 2011-ci ilin sentyabrında ölkəmizdə də bu gün qeyd olunur.

       Azərbaycanda səhiyyə sahəsində islahatlar mərhələsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün muxtar respublika səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki,  səhiyyə sistemindəki köklü dəyişikliklər göz önündədir. Muxtar respublikanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə müasir tibb müəssisələri tikilib istifadəyə verilir, köhnə tibb ocaqları yenidən bərpa olunur, onların maddi-texniki bazası yenilənir, səhiyyə sistemi dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunur. Bu illər ərzində yüzlərlə tibb ocağının inşası və ya yenidən qurulub istifadəyə verilməsi səhiyyə sisteminin inkişafına mühüm töhfələrdəndir. Bu, hər şeydən əvvəl dövlətin öz vətəndaşlarının sağlamlığının qeydinə qalması deməkdir. Əhaliyə dünya standartları səviyyəsində tibbi xidmətlər göstərilməsi, insanların sağlamlığının etibarlı mühafizəsi üçün davamlı tədbirlər həyata keçirilir. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublikada səhiyyə dövlət siyasətinin prioritet istiqaməti elan edilmiş, əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması isə daim diqqət mərkəzində saxlanılır. 

Tədbirin sonunda Naxçıvan Tibb Kolecinin 57 müalicə qrupunun hazırladığı videoçarxlar izlənilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Naxçıvan Tibb Kollecində keçirdiiyi konfrans

        12.03.2019-cu il tarixində Naxçıvan Tibb Kollecində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları "Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasında sanitar drujinaların rolu" mövzusunda konfrans keçirdi. Konfransda  Naxçıvan Tibb Kollecinin direktoru, müəllim heyəti və tələbələri iştirak etdi.

       Kollecin direktoru Sona Məmmədova konfransı giriş sözü ilə açaraq bildirmişdir ki, fövqəladə hallar zamanı orta tibb işçilərində yaradılan sanitar drujinaların ilk tibbi yardımı həmişə xüsusi önəm və əhəmiyyət kəsb etmişdir.

        Konfransda Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi dövlət qulluqçusu Azadə Cəfərova "Təbii fəlakətlər zamanı xəsarət almış insanlara həkimə qədərki yardımın göstərilməsində sanitar heyyətlərin fəaliyyəti mövzusunda, mülki müdafiə işinin  təşkili şöbəsinin əhalinin mülki müadfiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki təşkili ürzə baş məsləhətçisi Əbülfəz Qafarov "Tibb Kollecində mülki müadfiə vəzifələrinin yetirlməsində  obyekt mülki müdafiə qüvvələrinin rolu" mövzusunda çıxış etdilər.

Konfransın sonunda videoçarx izlənildi.

Muxtariyyətin 95-ci ildönümü

06.03.2019 cu il tarixdə Naxçıvan Tibb Kollecində Naxçıvanın 95 - ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Kollecin direktoru Sona Məmmədova  tədbiri giriş sözü ilə açaraq muxtariyyətin yaranması tarixindən və bugünkü inkişafından bəhs edərək hər kəsi bu gün münasibəti ilə təbrik elədi.

  Sonra kollecin müəlliməsi  Pakizə Babayeva      " Naxçıvanın muxtariyyəti əbədidir " mövzusunda çıxış edərərk  Naxçıvanın ta qədimdən bu günə qədər keçdiyi tarixi inkişaf yolundan və Ümumilli Lider Heydər Əliyevin Naxçıvanın inkişafında olan böyük rolundan, muxtar respublikanın tarixi abidələrindən, turizim bölgələrindən, Naxçıvanın yetişdiridyi dahi şəxsiyyətlərdən və Günnüt qələbəsindən danışdı. Daha sonra Kollecin tələbələri  Aytac Mərdanlı , Leylan Cəfərova Naxçıvan həsr etdikləri şeirlərlə çıxış etdilər.

Tədbirin sonunda isə kollecin tələbələri Sübhan Rəhimli və Orxan Vəliyevin hazırladıqları videoçarx izlənildi.

1 Mart- Ümumdünya Mülki Müdafiə Günü

     Bu gün Naxçıvan Tibb Kollecində 1 Mart - Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsinin təşkili qaydalarından söhbət açılmıışdır. Tələbələrə təbii qazdan düzgün istifadə , dəm qazı zəhərlənmələri zamanı ilk yardımın göstərilməsi haqqında  məlumat verilmişdir. Tədbirdə Naxçıvan Tibb Kollecinin Mülki Müdafiə Qərargah rəisi S.A.Şaxtaxtinskaya və Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsnin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov çıxış etmişdir.

Xocalı

          26.02.2019 - cu il tarixdə Naxçıvan Tibb Kollecində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi. 

         Tədbirdə Kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 27  il keçir. 1992-ci ilin 25-dən  26-na keçən fevral gecəsi Ermənistan Silahlı qüvvələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırım nəticəsində yüzlərlə xocalılı sakinləri həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. . Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.

         Daha sonra isə Naxçıvan Tibb Kollecinin  müəllimi Nigar Səfərova " Xocalı faciəsi " movzusunda və Rəna Vəliyeva            "Tarixin gerçəklikləri " mövzusunda  çıxış etdilər.

 

       Tədbirin sonunda Kollecin tələbəsi  Aytac Mərdanlının hazırladığı videoçarx izlənildi.

 

 

2 fevral - Gənclər Günü

2 fevral - Gənclər Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Duzdağ otelində Muxtar Respublikanın fəal gənclərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Naxçıvan Tibb Kollecinin tələbəsi Cəlilov Coşqun Həbib oğlu əlaçı tələbə nominasiyası üzrə diplom və hədiyyələrlə təltif olunmuşdur.

 

 

 

Qanlı Yanvar

18.01.2019-cu il tarixində Naxçıvan Tibb Kollecində 20 Yanvar faciəsinin 29-cu il dönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Kollecin direktoru Sona Məmmədova giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Daha sonra isə Naxçıvan Tibb Kollecinin tələbələri, Sübhan Rəhimli, Leylan Cəfərova , Nərmin Şahhüseynovanın hazırladıqları çıxışlar və şerilər  dinlənildi.

Sonda “20 Yanvar günü” nə həsr olunmuş video-çarx  izlənildi.

 

Naxçıvan Tibb Kollecinin yekun hesabatı

      Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan olan Naxçıvan Tibb Kolleci orta ixtisas təhsil müəssisəsidir. 15 yanvar 2018-ci il tarixdə Naxçıvan Tibb Kollecində 2018-ci ilin yekun hesabat iclası keçirilmişdir. Kollecin direktoru Sona Məmmədova çıxış edərək carı ilin yekun hesabatı, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında məlumat vermişdir.

       Muxtar respublika rəhbərliyinin təhsilin inkişafına və əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının təzahürüdür ki, 2018-ci ildə Naxçıvan Tibb Kolleci əsaslı təmir olunaraq yeni tədris ili üçün istifadəyə verilmişdir. Qeyd etmək lazımdır ki, son iyirmi ildə kollecdə orta ixtisaslı kadrların hazırlanması artıq 8 ixtisas üzrə aparılır. Kollecdə 39 qrup, 8 ixtisas üzrə tələbələrin  ümumi  sayı  712 nəfərə  çatmışdır.

      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ‟Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli 306-04/S saylı Sərəncamının icrası ilə əlaqədar kollecdə tələbələrin təcrübi tibbi biliklərinin daha da yaxşılaşdırılması məqsədilə onların dərslərdən sonra tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə tibbi vərdişlərə yiyələnməsi işi davam etdirilmişdir. İl ərzində 263 tələbə tibb müəssisələrinə göndərilmişdir. İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə  Naxçıvan Tibb Kollecinin 12 nəfərdən ibarət müəllim və tələbə heyəti Türkiyə Respulikası Ankara şəhərində yerləşən “Yıldırım Beyazit Eğitim və Araşdırma” xəstəxanasında bir aylıq təcrübə mübadiləsi keçmişlər.       Naxçıvan Tibb Kollecində  müvafiq ixtisaslar üzrə təkmilləşdirmə kurslarının təşkili işi günün tələbləri səviyyəsində qurulmuş, Səhiyyə Nazirliyinin göndərişi ilə tibb müəssələrində çalışan 372 nəfər müdavim təkmilləşdirmə kursunda iştirak etmişdir. Kollecdə təlim-tərbiyə, dərsə davamiyyət, təcrübə dərslərinin vəziyyəti, semestr və dövlət imtahanlarına hazırlığın təşkili və s. məsələlər  müzakirə edilmiş, çatışmazlıqların aradan qaldırmaq məqsədilə lazımi tədbirlər görülmüşdür. 2018-2019-cu tədris ilinin I yarısından Kollecdə semestr imtahanları test üsulu ilə elektron variantda aparılır, əvvəlcədən hazırlanan imtahan cədvəlləri elan lövhəsində yerləşdirilmişdir.

 Muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəblərdə distant və interaktiv təhsilin təşkilinə, elektron vasitələrdən istifadəyə geniş yer verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ‟ Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında ” 14 mart 2015-ci il tarixli 286-04/S saylı Sərəncamının icrası ilə əlaqədar kollecin müəllimləri  tərəfindən  il  ərzində Naxçıvan  şəhərində, muxtar respublikanın müxtəlif rayon və kəndlərində yerləşən tam orta məktəblərində ayda bir dəfə nümunəvi dərslər keçirilir. Kollecin  müəllimləri 2018-ci tədris ili müddətində hər ay Naxçıvan şəhər 1,   3,  5,  7,  8, 12, 14, 16, 705 №-li, Şərur  rayon 2 №-li, Şahbuz rayon Nursu kənd, Ağbulaq kənd və Qızıl Qışlaq kənd tam orta məktəbi, Babək rayon Hacıvar, Vayxır, Nehrən və Şıxmahmud tam orta məktəblərində nümunəvi dərslərdə  iştirak  etmişlər.

Naxçıvan Tibb Kollecinin müəllim və tələbə heyəti, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş beynəlxalq konfranslarda və müxtəlif seminarlarda mütəmadi iştirak etmişdir.

    Tələbələrin bilik  və  yaradıcılıq qabiliyyətlərinin  artırılması, onlarda vətəndaşlıq mövqeyinin formalaşdırılması və vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə kollecdə Tələbə Gənclər Təşkilatı və Gənc Vətənpərvərlər Birliyi fəaliyyət göstərir. Muxtar respublikanın müxtəlif nazirlik, idarə və təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə tələbələrimiz fəal iştirak etmişlər.

        Sonda Sona Məmmədova bildirmişdir ki,Naxçıvan Tibb Kollecinin pedoqoji kollektivi bundan sonra da muxtar respublika rəhbərliyinin qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, fənn laboratoriyalarından və informasiya texnologiyalarından səmərəli istifadə etməlidir. Naxçıvan Tibb Kollecinin  pedoqoji kollektivi  üzərinə düşən vəzifələrin öhdəsindən inamla gəlməli, fəaliyyətimizi günün tələblərinə uyğun qurmalı, təhsilin və elmi tədqiqatların səmərəliliyini artırmalıyıq. Məqsədimiz  bundan sonra da yüksək ixtisaslı, peşəkar,  insanların sağlamlığının keşiyində layiqincə dayanan, vicdanlı və məsuliyyətli kadrlar hazırlamaqdır. İclasda kollecin şöbə mudiri Quliyeva Sahibə “Tibb bacısinin işi,əczaçılıq işi,idman və müalicə masajı və hərbi feldşer” şöbəsinin yekun hesabatıni səsləndirmişdir.

Bizi sosial şəbəkələrdə izləyin